Vyetnam Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab To Lama

Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost Vyetnam xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələrinin xoş ənənələri mövcuddur. Dövlətlərarası münasibətlərimizin yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması məmnunluq doğurur. Beynəlxalq təşkilatlar […]

DİN-dən xəbərdarlıq: Kibercinayətkarlar yeni üsullarla oğurluqlara başlayıb

Konstitusiya.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev deyib. “Necə təşkil olunur? Saxta sosial şəbəkə səhifə və profillərin storilərində forex vasitəsilə yüksək məbləğlərdə — 10000, 20000, 40000, 50000 min manat uduş əldə etdiklərinə görə hansısa naməlum şəxslərə təşəkkür mətnləri yazılır. Guya həmin şəxs ona pul qazanmağa yardım […]

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Baş katibi Roel Dona və İcraçı direktoru Yanne Holst Hübner ölkəmizə işgüzar səfərə gəlib

Konstitusiya.az xəbər verir ki, Baş prokuror Kamran Əliyevin dəvəti ilə dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Baş katibi Roel Dona və İcraçı direktoru Yanne Holst Hübner ölkəmizə işgüzar səfərə gəlib. Qonaqları səmimi salamlayan Baş prokuror Kamran Əliyev ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarında […]

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzində LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışında iştirak ediblər

Konstitusiya.az xəbər verir ki, avqustun 28-də Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində yaradılan “LANDAU School” Təhsil Kompleksinin məktəbinin və “The Grand” apart hotelinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər. “Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov Prezident İlham Əliyevə görülən işlər, o cümlədən “Sea […]

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə start verilib

 Konstitusiya.az xəbər verir ki, 2024-2025-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə start verilib. Qəbul ilk və texniki peşə təhsili səviyyələri üzrə ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı, yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə buraxılış imtahanlarının nəticəsi əsasında həyata keçirilir. Son müraciət tarixi: 3 sentyabr,18:00 Qeydiyyat linki: https://portal.edu.az/ […]

Baş prokuror Şəki rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimində iştirak edib

Konstitusiya.az xəbər verir ki, avqustun 27-də Şəki rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verilib. Açılış mərasimində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib. Baş prokurorluğun rəhbərliyinin də iştirak etdiyi tədbirə, həmçinin, digər dövlət və hüquq mühafizə orqanlarının əməkdaşları qatılıb. Əvvəlcə mərasim iştirakçıları yeni inzibati binanın foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri […]