Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi. Qeyd edək ki, Zəngilanda yeni məscidin təməli şəhər işğaldan azad edildikdən sonra – 2021-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev […]
Şuşa şəhəri ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub
Konstitusiya.az xəbər verir ki, mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər. Dövlət başçıları Şuşada birinci yaşayış kompleksində olublar. Buraya avtobusla gələn dövlət başçılarına Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov kompleks barədə məlumat verdi. Aydın Kərimov: Hörmətli cənab Prezident qarşı tərəfdə bu yaxınlarda üçüncü kompleksin […]
ADU-da “Yaşıl təfəkkürün formalaşmasında təhsilin rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
Konstitusiya.az xəbər verir ki, mayın 16-da Azərbaycan Dillər Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl təfəkkürün formalaşmasında təhsilin rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib. Tədbirdə millət vəkilləri, ADU-nun müəllim-professor heyəti və tələbələr iştirak ediblər. Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla konfrans iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə […]
Baş prokuror Düşənbəyə işgüzar səfərə gedib
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tacikistan Respublikasının Baş prokuroru Yusuf Raxmonun dəvətilə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin baş prokurorlarının 5-ci iclasında iştirak etmək məqsədilə Düşənbə şəhərində işgüzar səfərədir. Səfər çərçivəsində nümayəndə heyətlərinin rəhbərləri Tacikistan Prezidenti cənab Emomali Raxmon tərəfindən qəbul ediliblər. Prezident iclasın işinə uğurlar arzu edərək İƏT-ə üzv dövlətlər arasında […]
Azərbaycanda saatlıq minimum əməkhaqqı ilə bağlı təkliflər hazırlanır
Bu barədə “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı”nda öz əksini tapıb. Belə ki, qrup aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi istiqamətində iş aparır. Bununla yanaşı, qrupa minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərin hazırlanaraq, aidiyyəti […]
Azərbaycan və Belarus Prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar
Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Bakı Ekspo Mərkəzində XVII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” və XXIX Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.