Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

‎Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Özbəkistanda səfərdədir. ‎Konfederasiyadan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Daşkənddə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib. ‎Sonra Özbəkistan Həmkarlar İttifaqları Federasiyasında keçirilən görüşdə ikitərəfli əlaqələrin mövcud vəziyyəti və inkişafı istiqamətləri müzakirə olunub. ‎Görüşdə ölkələrimiz arasında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin siyasi […]

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü xalqımızın çoxəsrlik dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan hadisələrdən biridir. 1991-ci il oktyabrın 18-də Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan özünün müstəqil dövlətçilik ənənələrini bərpa edərək yeni tarixi inkişaf mərhələsinə qədəm qoyub. Müstəqilliyin ilk illəri ölkəmiz üçün son dərəcə mürəkkəb siyasi, iqtisadi və hərbi şəraitlə müşayiət olunub. […]

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Bu il Azərbaycan öz tarixinin taleyüklü hadisələrindən birinin – dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir. 1991-ci il oktyabrın 18-də qəbul edilən Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcını qoyub. Ötən dövrdə Azərbaycan mürəkkəb sınaqlardan keçərək siyasi, iqtisadi və hərbi baxımdan güclənib, ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edərək beynəlxalq […]

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Müasir beynəlxalq münasibətlər sistemində baş verən geosiyasi dəyişikliklər, təhlükəsizlik çağırışlarının mürəkkəbləşməsi və qlobal iqtisadi əlaqələrin yeni istiqamətlər üzrə formalaşması dövlətlər arasında dialoqun və çoxtərəfli əməkdaşlığın əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə Azərbaycanın beynəlxalq proseslərdə fəal iştirakı, müxtəlif regionlar arasında siyasi və iqtisadi əlaqələrin inkişafına verdiyi töhfələr, eləcə də mühüm beynəlxalq platformalarda irəli sürdüyü təşəbbüslər […]

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının siyasi və iqtisadi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Valeh Feyruz oğlu Ələsgərov “Şərəf” ordeni ilə təltif edilsin.   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 17 oktyabr 2026-cı il