Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Oktyabrın 16-da mədəniyyət naziri Adil Kərimli Füzuli şəhər Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində vətəndaşlarının müraciətlərini dinləyib. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbulda Füzuli, Ağdam və Xocavənd rayonlarından olan sakinlər müraciət və təkliflərini diqqətə çatdırıblar. Vətəndaşların müraciətləri əsasən məşğulluq, iş yerinin dəyişdirilməsi, əməyin qiymətləndirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, mədəniyyət sahəsinə dair təkliflər və digər məsələlərlə bağlı olub. Mədəniyyət […]

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi

AQEM-in Bakıda keçirilən 7-ci Zirvə Görüşündə Prezident İlham Əliyevin bəzi Qərb institutlarını kəskin tənqid etməsi onların fəaliyyətinə açıq və prinsipial qiymət verilməsi ilə məhdudlaşmırdı. Çıxışda Azərbaycanın nə üçün Qlobal Cənuba üstünlük verdiyi diqqətə çatdırılmaqla yanaşı, ciddi xəbərdarlıq da səsləndirilirdi. İlk növbədə, anaxronizm və atavizm kimi anlayışlarla səciyyələndirilən qurumlara xəbərdarlıq edilirdi ki, mövcud yanaşmalarını davam etdirəcəkləri […]

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Elnur Sultanov Stokholmdakı Kral Sarayında baş tutan rəsmi mərasimdə etimadnaməsini İsveç Kralı XVI Karl Qustava təqdim edib. Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını İsveç Kralı XVI Karl Qustava çatdıran səfir iki ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. […]

Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qiorqi Zakaraşvilini qəbul edib. Konstitusiya.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı səfirlə söhbət etdi. Prezident İlham Əliyev bu ilin aprelində Gürcüstana dövlət səfərini və səfər çərçivəsində göstərilən qonaqpərvərliyi məmnunluqla xatırladı. Azərbaycan-Gürcüstan münasibətlərinin zəngin […]

Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abhay Kumarı qəbul edib. Konstitusiya.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Abhay Kumar ikitərəfli münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi. Söhbət zamanı bu ilin sentyabrında Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Görüşü çərçivəsində dövlətimizin […]

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində növbəti mərhələnin fəaliyyətləri plana uyğun həyata keçirilib. Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə uçuş heyətinə qarşıya qoyulan tapşırıqlar və təhlükəsizlik qaydaları barədə məlumat verilib. Həmçinin hava şəraiti və uçuşların keçiriləcəyi ərazinin xüsusiyyətləri çatdırılıb. Təlim planına əsasən, şərti qəzaya uğramış pilotun aşkar edilməsi və xilas olunması üzrə axtarış-xilasetmə tədbirləri həyata […]