Yalan ayaq tutar, ancaq yeriməz- Güləliyev qardaşlarında hələki yeriyir!
Əziz oxucular! Əsasən də bizi daim izləyən əziz laçınlılar! Laçın həmişə cəsur, mərd oğullar, Vətənə, elə-obaya sadiq insanların yurdu kimi tanınıb. 30 ildən sonra yağı düşmənin Vətənimizə xain niyyətli və saxtakar “rəhbərlərimiz” sayəsində işğal altında qalan QARABAĞIMIZ, eləcə də LAÇINIMIZ azad oldu. Bu elin insanları Qalib Ordumuza, Müzəffər Ali Baş Komandanımıza həmişə minnətdarlıq edir. Ancaq […]
Son on ayda piyadaların qaydaları pozması nəticəsində 9 nəfər ölüb, 15 nəfər xəsarət alıb – DYP
Piyada təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən profilaktiki tədbirlərin intensivliyinə baxmayaraq, təəssüf ki, yol hərəkətinin ən müdafiəsiz iştirakçıları arasında problemə yanaşma birmənalı deyil. Konstitusiya.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara müraciət edib. Bildirilib ki, cari ilin 10 ayı ərzində yol hərəkəti qaydalarının piyadalar tərəfindən pozulması nəticəsində qeydə alınan 23 […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib
Konstitusiya.az xəbər verir ki, martın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Dövlətimizin başçısı “Crocus City Hall” konsert zalında törədilmiş terror aktı nəticəsində xeyli sayda insanın həlak olması ilə bağlı öz adından və Azərbaycan xalqı adından Vladimir Putinə, Rusiya xalqına, həlak olanların ailə üzvlərinə və yaxınlarına bir daha başsağlığı […]
Hərbi qulluqçumuz əlverişsiz hava şəraitində hərəkət istiqamətini itirərək azıb
Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.