Tbilisidə Azərbaycan və Gürcüstan rəssamlarının sərgisi açılıb
Avqustun 17-də Tbilisi Tarix Muzeyində Azərbaycan və Gürcüstan rəssamlarının əsərlərindən ibarət növbəti beynəlxalq incəsənət sərgisi açılıb. Konstitusiya.az xəbər verir ki, sərgi Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə təşkil edilib. “İncəsənət dünyanı birləşdirir – sərhəd tanımayan rənglər” (Art Unites the World – Colors That Know No Boundaries) adlı sərgi Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafına töhfə vermək […]
Unudulmaz müğənni Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edilib
Avqustun 17-də dünyaşöhrətli müğənni, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 84-cü ildönümü tamam olub. Bu münasibətlə Mədəniyyət Nazirliyinin nümayəndələri və tanınmış mədəniyyət xadimləri I Fəxri xiyabanda sənətkarın məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyublar. Konstitusiya.az xəbər verir ki, tədbirdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti, məşhur opera […]
İstanbul UNESCO Dünya İrsi Komitəsinin 49-cu sessiyasına ev sahibliyi edəcək
UNESCO Dünya İrsi Komitəsinin 49-cu sessiyası 2027-ci ildə Türkiyənin ev sahibliyi ilə İstanbulda keçiriləcək. Bu barədə AZƏRTAC-a Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Bildirilib ki, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy UNESCO Türkiyə Milli Komissiyasının sədri professor Öcal Oğuzla görüşərək hazırlıqları müzakirə edib. Ersoy toplantının yalnız təşkilati tədbir deyil, həm də Türkiyənin zəngin […]
İtaliyada Siciliya muzeyindən Antonello da Messinaya aid dörd əsər oğurlanıb
Siciliyada muzeydən İntibah dövrünün məşhur rəssamı Antonello da Messinaya aid “müstəsna dəyərə malik” dörd sənət əsəri oğurlanıb. Bu barədə İtaliyanın Mədəniyyət Nazirliyi məlumat yayıb. Şənbə axşamı rəssamın doğulduğu Messina şəhərində yerləşən muzeydə baş verən oğurluq zamanı XV əsrə aid Müqəddəs Qriqori poliptixinin beş panelindən üçü də aparılıb. Hadisə İtaliya dövlətinin bir neçə ay əvvəl Nyu-Yorkda […]
Azərbaycanın zəngin mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub
Fransanın Montuar-sür-Luar kommunasında keçirilən beynəlxalq folklor festivalında Azərbaycanın milli rəqsləri, musiqisi və mətbəxi ilə geniş şəkildə təqdim olunub. Konstitusiya.az xəbər verir ki, ölkəmiz festivalda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə “Ritm” rəqs qrupu tərəfindən təmsil olunub. Festival günlərində “Balabançı” musiqi qrupunun müşayiəti ilə “Ritm” rəqs qrupu Azərbaycan milli […]
Bakıda gənc rəssamların sərgisi açılıb
Bakı Fotoqrafiya Evində “Arts Council Azerbaijan” təşkilatı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Səyahət” İctimai Birliyinin birgə təşkil etdiyi “START” layihəsi çərçivəsində gənc rəssamların sərgisinin açılışı olub. Konstitusiya.az xəbər verir ki, “START” layihəsinin məqsədi gənc rəssamların yaradıcılıq potensialını üzə çıxarmaq, onların peşəkar inkişafına dəstək göstərmək və əsərlərini geniş ictimaiyyətə təqdim etmələri üçün imkanlar yaratmaqdır. Açılış mərasimində […]