Baş prokuror Kamran Əliyev paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edəcək

Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi, həmçinin bu sahədə səmərəliliyin artırılması məqsədilə Baş prokuror Kamran Əliyev iyulun 11-də saat 10:00-da Nərimanov rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və […]

Azərbaycanlılara işgəncə verənlərin adları AÇIQLANIB

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David […]

Azərbaycanda vərəsəliklə bağlı qanunvericiliyə yeniliklər edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Notariat haqqında” və “İcra haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Konstitusiya.az  xəbər verir ki, sənədə əsasən, əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada […]

“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır: 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə” təsdiq edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 24 iyun 2025-ci il

Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin edildi – SƏRƏNCAM

Nazim Adil oğlu Pənahov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru təyin edilib. Konstitusiya.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, N.Pənahov 12 oktyabr 2024-cü il tarixdən bu təyinatadək Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru olub.

Prezident İlham Əliyevin adından İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün iştirakçılarının şərəfinə rəsmi nahar verilib

İyulun 4-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının, nümayəndə heyətlərinin rəhbərlərinin şərəfinə rəsmi nahar verilib.