Prezident İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Hakimiyyet.info.az xəbər verir ki, qonaq Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şeyx Məhəmməd […]
Gənclər və idman naziri Fərid Qayıbov Şəki, Zaqatala, Qax, Balakən, Oğuz və Qəbələ rayonlarının fəal gəncləri ilə görüşüb.
Hakimiyyet.info.az xəbər verir ki, iyulun 2-də gənclər və idman naziri Fərid Qayıbov Şəki, Zaqatala, Qax, Balakən, Oğuz və Qəbələ rayonlarının fəal gəncləri ilə görüşüb. Qəbələ şəhər Mədəniyyət Mərkəzində keçirilən görüşdə gənclərlə səmimi söhbət aparan nazir Fərid Qayıbov onların fikir və təkliflərini dinləyib, müxtəlif mövzularla bağlı suallarını cavablandırıb. Nazir gənclərin ictimai fəallığının artırılmasının və cəmiyyətə faydalı vətəndaş […]
Ekoloji hüquqpozmalara qarşı mübarizə davam etdirilir
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların müraciətləri əsasında Respublikanın 5 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb. Araşdırmalar zamanı Abşeron rayonu Mehdiabad qəsəbəsi 28 May küçəsində, Qusar rayonu Mucuq kəndinin şimal hissəsindəki yaşıllıq ərazidə, Tovuz rayonu Qovlar şəhəri M.Ə.Sabir küçəsi 45 ünvanında, Şəmkir rayonu Keçili kəndində və Bakı-Quba avtomobil yolunun Şabran rayonu […]
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
Hakimiyyet.info.az xəbər verir ki, iyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə görülmüş işlər barədə məlumat verdi. Mövcud yolun uzunluğu 101 kilometr, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol məsafəni 19,3 kilometr qısaldacaq. Birinci texniki dərəcəyə uyğun olan […]
Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü olub
Konstitusiya.az xəbər verir ki, iyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü olub.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi olub
Hakimiyyet.info.az xəbər verir ki, iyulun 2-də Azərbaycana dövlət səfərinə gələn Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Özbəkistan Prezidentinə raport verdi. Özbəkistan Respublikasının və Azərbaycan Respublikasının Dövlət […]