Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı

“Dənizkənarı Bulvar İdarəsi” PHŞ-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı istintaq olunan cinayət işi məhkəməyə göndərilib “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb. İbtidai istintaqla İlqar Mustafayevin “Dənizkənarı Bulvar İdarəsi” […]

“Komanda-qərargah akademik kursu”nun buraxılış mərasimi keçirilib

Milli Müdafiə Universitetində (MMU) Hərbi İdarəetmə İnstitutunun “Komanda-qərargah akademik kursu”nun 25-ci buraxılışına həsr olunan mərasim keçirilib.  Konstitusiya.az xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.MMU-nun rektoru general-mayor Gündüz Əbdülov çıxış edərək […]

Prezident İlham Əliyev Somali Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmuda təbrik məktubu ünvanlayıb. Trend xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Somali Federativ Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Azərbaycan ilə Somali arasında münasibətlər son dövrdə yüksələn xətt üzrə […]

Baş Prokurorluq: Paytaxtda yer səthinin çökməsi nəticəsində bir nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

İyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb. Hakimiyyet.info.az xəbər verir ki, aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb. Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri […]

Prezident İlham Əliyev Ruanda Prezidentini təbrik edib

Prezident İlham Əliyev Ruanda Respublikasının Prezidenti Pol Kaqameyə təbrik məktubu ünvanlayıb. Trend xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Ruanda Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm. Azərbaycan ilə Ruanda arasında münasibətlərin dinamik inkişaf etməsi məmnunluq doğurur. Keçən ilin noyabrında COP29-da iştirak etmək üçün Azərbaycana […]

Azərbaycan və Qazaxıstan hərbi nümayəndələri arasında görüş keçirilib

Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda iki ölkənin Müdafiə nazirliklərinin əməkdaşları arasında görüş keçirilib.  Konstitusiya.az  xəbər verir ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə qazaxıstanlı qonaqlara Azərbaycan Ordusunda Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı, təhsil sistemində aparılmış islahatlar, müdafiə planlaşdırılması çərçivəsində planlama, proqramlaşdırma, büdcələşdirmə sisteminin […]