Prezident İlham Əliyev Litvanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Litva Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçusun etimadnaməsini qəbul edib. Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Prezident İlham Əliyev səfirlə söhbət etdi. Dövlətimizin başçısı 2022-ci ildə Litva Prezidentinin ölkəmizə, 2023-cü ildə isə özünün Litvaya rəsmi səfərlərini, ötən ilin sonunda Gitanas Nauseda ilə telefon […]
İtkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən olunub
Salyan rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində ötən ilin dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qəsdən öldürülməsi müəyyən edilib. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir. Bildirilib ki, həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 17 dekabr 2024-cü il tarixdə […]
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti
Əziz həmvətənlər. 2024-cü ili uğurla başa vururuq. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapmışdır. Ölkəmiz inamla inkişaf etmişdir. Ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artmışdır. Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb. Ölkəmizdə sabitlik hökm sürür. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşamışdır. Bu gün dünyada baş verən hadisələr hamımızın gözünün qarşısındadır. Yeni müharibələr, qarşıdurmalar, […]
Sabahdan yeddigünlük bayram tətili başlayır
Konstitusiya.az xəbər verir ki, ölkədə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramıdır. Nazirlər Kabinetini qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib. Beləliklə, Yeni ildə […]
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarının inkişafına, onların cəmiyyətin operativ və dolğun məlumatlandırılması və maarifləndirilməsi sahəsində fəaliyyətinin gücləndirilməsinə, yayım keyfiyyətinin yüksəldilməsinə dəstək göstərilməsi zəruriliyini nəzərə alaraq qərara […]
Dövlətə məxsus xüsusilə külli miqdarda pul vəsaitini talayan mütəşəkkil dəstə üzvləri barəsində cinayət işi məhkəməyə göndərilib
Baş Prokurorluğun Mətbuat xidmətindən Konstitusiya.az-a verilən məlumatda bildirilir ki, mütəşəkkil dəstə şəklində fəaliyyət göstərən bir neçə şəxs tərəfindən qanunusuz yollarla çoxsaylı ƏDV (Əlavə dəyər vergisi) köçürmə əməliyyatlarının aparılması barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb. İstintaqla mütəşəkkil dəstə üzvləri – Əliyev Rasim Serqey […]