İl ərzində normallaşma gündəliyi Azərbaycanın milli maraqlarına uyğun şəkildə irəlilədilib
2024-cü il ərzində Ermənistan ilə Azərbaycan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və dövlət sərhədlərinin qarşılıqlı tanınması, hörmət edilməsi əsasında münasibətlərin normallaşdırılması ilə bağlı Azərbaycan tərəfindən irəli sürülmüş gündəlik davamlı olaraq irəlilədilib. Konstitusiya.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib. Bildirilib ki, ölkəmizə qarşı Ermənistan və […]
Prezident İlham Əliyev xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub
Konstitusiya.az xəbər verir ki, dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına nəqliyyat vasitələrinin texniki göstəriciləri və imkanları barədə məlumat verib. Bildirilib ki, burada “İVECO” və “Dong Feng” şirkətlərinin istehsalı olan müxtəlif kommunal işlər üçün […]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin olduğu təyyarə Bakı şəhərində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Sankt-Peterburq şəhərində MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərə yola düşən Prezident İlham Əliyevə baş vermiş qəza ilə bağlı məruzə olunan kimi, dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib və Azərbaycana qayıdıb.
DÜNYA ÖLKƏLƏRİNİN LİDERLƏRİ DÖVLƏT BAÇIMIZA VƏ BÜTÜN AZƏRBAN XALQINA BAŞLIĞI VERİBLƏR
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmond, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, Rusiya Federasiyasının Həştərxan vilayətinin […]
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirib
Konstitusiya.az xəbər verir ki, dekabrın 25-də Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlətimizin başçısı dərhal geri dönmək barədə tapşırıq verib. Təyyarə endikdən dərhal sonra Prezident İlham Əliyev […]
İlham Əliyevin sayəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətidir
Aparılan təhlillər göstərir ki, Azərbaycan Cənubi Qafqazda müstəqil dövlət kimi özünü uğurla təsdiq edən ölkədir. Bunun kökündə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət quruculuğu konsepsiyası dayanır. İlham Əliyev XXI əsrin keşməkeşləri şəraitində həmin inkişaf kursunu yeni şərtlər daxilində səmərəli şəkildə davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycan hazırda Cənubi Qafqazın lider dövlətidir. Ekspertlərin qiymətləndirmələrinə […]