İlham Əliyevin sayəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətidir

Aparılan təhlillər göstərir ki, Azərbaycan Cənubi Qafqazda müstəqil dövlət kimi özünü uğurla təsdiq edən ölkədir. Bunun kökündə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət quruculuğu konsepsiyası dayanır. İlham Əliyev XXI əsrin keşməkeşləri şəraitində həmin inkişaf kursunu yeni şərtlər daxilində səmərəli şəkildə davam etdirir.

Bunun nəticəsidir ki, Azərbaycan hazırda Cənubi Qafqazın lider dövlətidir. Ekspertlərin qiymətləndirmələrinə görə, bu proses daha da inkişaf edəcək. Azərbaycan rəhbəri malik olduğu liderlik xüsusiyyətlərinə görə daim uğur gətirən addımlar atacaq. Daxili və xarici siyasətdə həyata keçirdiyi proqramlar sayəsində müstəqil dövlətçiliyi yeni zirvələrə qovuşduracaq. Bunların fonunda isə İlham Əliyevin simasında yeni siyasi lider modelinin formalaşdığı aydın görünür. İlham Əliyev hazırda XXI əsrin milli liderliyinin uğurlu nümunəsidir. Xalqımız və eləcə də kollektivimiz adından Prezidentimizi doğum günü münasibətilə təbrik edir, ona cansağlığı və uzun ömür arzulayırıq!

Cəmilə Talıbova

Uşaq-Bərpa Müalicə Mərkəzinin Baş həkimi