Milli Məclisin növbəti iclası öz işinə başlayıb

Konstitusiya.az xəbər verir ki, iclasın gündəliyinə 11 məsələ daxildir. Bunlar aşağıdakılardır: 1. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 2. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 3. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin […]

2025-ci ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik tarixinin ən böyük büdcəsidir

2025-ci ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik tarixinin ən böyük büdcəsidir. Dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri 41 milyard 407 milyon 600 min manat olmaqla növbəti ilin dövlət büdcəsi ölkəmizin qarşısında dayanan bütün vəzifələrin uğurla icra edilməsinə imkan verir. Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib. O bildirib ki, dövlət büdcəsi 3 oxunuşda […]

Baş prokuror Kamran Əliyev konfrans iştirakçıları ilə görüşüb

Konstitusiya.az xəbər verir ki, dekabrın 18-də Baş prokuror Kamran Əliyev ölkəmizdə Türk Ədliyyə Təlim Şəbəkəsinin “Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları ilə görüşüb. Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kipr Türk Respublikasından olan qonaqları salamlayan Baş prokuror tarixi bağları və ortaq dəyərləri olan qardaş və dost türk dövlətlərinin […]

Baş prokuror tərəfindən Azərbaycan Prokurorluğunun veteranları və təqaüdə çıxmış prokurorluq işçisi təltif edilib

Uzun müddət prokurorluq orqanlarında şərəfli xidmət yolu keçmiş Azərbaycan Prokurorluğunun veteranları Namiq Əsgərov və Bəhruz Mahmudovun 70 illik yubileylərinin tamam olması, eyni zamanda prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Kürdəmir rayon prokurorunun müavini Elxan Məmmədovun qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə dekabrın 18-də tədbir keçirilib. Tədbirdə Baş prokuror […]

Şəhid valideynləri, ailələri və qazilər üçün “Vətənim Azərbaycandır” adlı tədbir keçirilib

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və 2 nömrəli Uşaq Musiqi məktəbinin birgə təşkilatçılığı ilə Şəhid valideynləri, ailələri və qazilər üçün “Vətənim Azərbaycandır” adlı tədbir keçirilib. Tədbirdə Şəki-Zaqatala RMİ-nin rəhbərliyi, mədəniyyət işçiləri və içtimaiyyət nümayəndələri iştirak edib. Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə vətənpərvərlik mövzusunda milli musiqi nümunələri və Vətənə aid şeirlər səsləndirilib. Daha sonra […]

Dövlət Xidməti Biləsuvarda gənclər üçün tədbir keçirdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı, Biləsuvar rayon İcra Hakimiyyətinin dəstəyi ilə Biləsuvardakı Gənclər Evində gənclər üçün tədbir keçirilib. “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda keçirilən görüşdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Vətən Müharibəsi iştirakçıları, şəhid ailələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəblilər və digər nümayəndələr iştirak […]