Prezident İlham Əliyev Rüstəm Minnixanov ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşüb. Əvvəlcə Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun Azərbaycanın “Dostluq” ordeni ilə təltifedilmə mərasimi oldu. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Rüstəm Minnixanov “Dostluq” ordeni ilə […]
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il ötür. Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu. Azərbaycan Respublikasının Dövlət Himni […]
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyev 12 Dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib. Konstitusiya.az paylaşımı təqdim edir:
Bakıya qar yağacaq
Bakıda və Abşeron yarımadasında dekabrın 12-si axşamdan 13-ü səhərədək arabir yağış yağacağı, 14-də yağışın bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Yağıntıların yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlama verib. O qeyd edib ki, Azərbaycanın rayonlarında da dekabrın 12-si günün ikinci yarısından Şimal və […]
Baş Prokurorluqda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib
Dekabrın 11-də Baş Prokurorluqda müstəqil və müasir Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə Baş Prokurorluğun rəhbərliyi Ümummilli liderin büstünü ziyarət edib, önünə gül dəstələri qoymuşdur. Tədbirin açılışında Ulu Öndər Heydər Əliyev və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib. Çıxış edən Baş prokuror Kamran […]
Əmək hüquqlarını pozan daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib
Xocalı rayon prokurorluğundan Kaonstitusiya.az-a verilən məlumatda bildirilir ki, “Gökce” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin əmək hüquqlarının pozulması barədə daxil olmuş material əsasında Xocalı rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin rayon ərazisində müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi […]