Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzində LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışında iştirak ediblər

Konstitusiya.az xəbər verir ki, avqustun 28-də Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində yaradılan “LANDAU School” Təhsil Kompleksinin məktəbinin və “The Grand” apart hotelinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər. “Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov Prezident İlham Əliyevə görülən işlər, o cümlədən “Sea […]

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə start verilib

 Konstitusiya.az xəbər verir ki, 2024-2025-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə start verilib. Qəbul ilk və texniki peşə təhsili səviyyələri üzrə ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı, yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə buraxılış imtahanlarının nəticəsi əsasında həyata keçirilir. Son müraciət tarixi: 3 sentyabr,18:00 Qeydiyyat linki: https://portal.edu.az/ […]

Baş prokuror Şəki rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimində iştirak edib

Konstitusiya.az xəbər verir ki, avqustun 27-də Şəki rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verilib. Açılış mərasimində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib. Baş prokurorluğun rəhbərliyinin də iştirak etdiyi tədbirə, həmçinin, digər dövlət və hüquq mühafizə orqanlarının əməkdaşları qatılıb. Əvvəlcə mərasim iştirakçıları yeni inzibati binanın foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri […]

Məşhur MMA döyüşçüsü Elçin Hüseynov 121 saylı Laçın seçki dairəsindən namizədliyini verib

Məşhur MMA döyüşçüsü Elçin Hüseynov Azərbaycanda deputatlığa namizəd olub. O, 121 saylı Laçın seçki dairəsindən namizədliyini verib. Elçin Hüseynov təkcə idman sahəsindəki uğurları ilə deyil, həm də 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətlə tanınır. E.Hüseynovun hərbi və idman sahəsindəki fəaliyyəti onun geniş ictimaiyyət arasında böyük hörmət qazanmasına səbəb olub.O, MMA döyüşçüsü olaraq bir çox beynəlxalq və […]

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

Konstitusiya.az xəbər verir ki, avqustun 28-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Dövlət başçıları Prezident Vladimir Putinin Azərbaycana dövlət səfərinin nəticələrindən məmnunluqlarını ifadə ediblər. Prezidentlər səfər çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində aparılan fəaliyyətin Azərbaycan ilə Rusiya arasında tərəfdaşlıq və strateji müttəfiqlik münasibətlərinin daha da güclənməsinə xidmət edəcəyinə […]

Məcburi köçkünlərə sertifikat verilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində məcburi köçkünlər üçün keçirilən qısamüddətli kursları bitirən və buraxılış-ixtisas imtahanından müvəffəqiyyətlə keçən müdavimlərə Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş dövlət nümunəli sertifikatların təqdim edilməsi mərasimi keçirilib. Tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov qeyd edib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət […]