İyunun 27-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib
İclasda Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğuna dair sorğusuna baxılıb. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq Plenumun […]
Baş prokuror Kamran Əliyev Lerikdə vətəndaşları qəbul edəcək
Konstitusiya.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il iyulun 3-də, saat 10:00-da Lerik rayon prokurorluğunun inzibati binasında Lerik, Lənkəran və Astara rayon sakinlərinin qəbulunu keçirəcək. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Lerik rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək. […]
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər: […]
Təhsil müəssisəsində aşkar edilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb
Şirvan şəhər prokurorluğundan Konstitusiya.az-a daxil olan məlumatda bildirilir ki, Təhsil müəssisəsində aşkar edilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb Şirvan şəhər B.Aslanov adına 16 saylı tam orta məktəbdə baş verən qanunsuzluqlarla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsindən daxil olmuş material əsasında Şirvan şəhər prokurorluğunda araşdırma aparılıb. İlkin araşdırma zamanı həmin məktəbdə guya əvəzçilik qaydasında dərslərin […]
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin: “general-leytenant” hərbi rütbəsi general-mayor Namiq Sərəfruz oğlu İslamzadəyə “general-mayor” hərbi rütbəsi polkovnik Həsən Əli oğlu Əlövsədova polkovnik Vilayət […]
SABAH-ın müəllimi ol!
SABAH qrupları layihəsinin bakalavriat səviyyəsində 2024-2025-ci tədris ilinin payız semestrində tədris aparacaq professor-müəllim heyəti saathesabı qaydada işə dəvət olunur. Müsabiqədə iştirak üçün son müraciət tarixi 30.06.2024-cü il, saat 23:59-dur. Vakant fənlərin siyahısı və müraciət barədə ətraflı məlumat üçün https://sabah.edu.az/ ünvanına daxil ola bilərsiniz.