Prezident İlham Əliyev Belçikanın Baş naziri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Belçika Krallığının Baş naziri Aleksandr De Kro ilə görüşüb. Belçika Krallığının Baş naziri COP29-un keçirilməsi münasibətilə təbriklərini çatdıraraq, iqlim dəyişmələri ilə bağlı məsələlərin müzakirəsi üçün bu tədbirin çox önəmli olduğunu dedi. Qonaq Azərbaycanın COP-un təşkilində və ümumilikdə zəngin enerji sərvətlərinə malik bir ölkə kimi iqlim dəyişmələri məsələsində böyük […]
COP29-da Yunanıstan pavilyonunun açılış olub, açılışda Baş nazir Mitsotakis də iştirak edib
Bakıda keçirilən COP29-da Yunanıstan pavilyonunun rəsmi açılış mərasimi olub. Konstitusiya.az xəbər verir ki, mərasimdə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis də iştirak edib. Tədbirdə çıxış edən Baş nazir COP29-la bağlı fikrilərini bölüşüb, ölkəsinin iqlim dəyişikliyi ilə mübarizəyə verə biləcəyi töhfələri açıqlayıb.
Prezident İlham Əliyev Finlandiya Prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşüb. Gələn il Finlandiyanın ATƏT-in fəaliyyətdə olan sədri funksiyasını üzərinə götürəcəyini deyən Aleksandr Stubb Helsinki Yekun Aktının 50 illiyinin qeyd olunacağını vurğuladı. Finlandiya Prezidenti Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin ölkəsi tərəfindən dəstəkləndiyini qeyd edərək, bu gündəliyin irəliyə aparılması ilə maraqlandı. ATƏT-in Minsk […]
Gürcüstan Baş naziri: COP29-un Azərbaycanda keçirilməsi region üçün əlamətdar hadisədir
COP29 konfransının ilk dəfə olaraq Cənubi Qafqaz ölkəsində, Azərbaycanda keçirilməsi region üçün əlamətdar hadisədir. APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze COP29 liderlərinin sammitində çıxışı zamanı bildirib. Hökumət başçısı çıxışında iqlim dəyişikliyinin inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına ciddi ziyan vurduğunu qeyd edib. “Cənab Prezident, xanımlar və cənablar! Gürcüstan adından sizə […]
Energetika naziri COP29 tədbiri zamanı bir sıra görüşlər keçirib
Energetika naziri Pərviz Şahbazov COP tədbiri çərçivəsində Pakistanın neft üzrə dövlət naziri Musadik Malik və “CESI SpA” şirkətinin Baş icraçı direktoru Nikola Melchiotti ilə görüşüb. Konstitusiya.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb. Bildirilib ki, Pakistanın neft və su resursları naziri Musadik Malik ilə görüşdə iki ölkə arasında yüksək səviyyəli münasibətlərdən məmnunluq ifadə […]
Bakıda Prezident İlham Əliyevin, Prezident Kasım-Jomart Tokayevin və Prezident Şavkat Mirziyoyevin üçtərəfli görüşü olub
Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin üçtərəfli görüşü olub. Konstitusiya.az xəbər verir ki, sonra Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçıları “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzalayıblar. Daha sonra prezidentlər […]