Sabah Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Mixail Qusman Prezident İlham Əliyevin medianın inkişafındakı rolu ilə bağlı konfransın keçirilməsini təklif edib
Prezident İlham Əliyevin medianın inkişafında oynadığı rol barədə noyabr ayında konfrans keçirmək məqsədəuyğundur. Trend xəbər verir ki, bunu Rusiya TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Ümummilli lider Heydər Əliyevin medianın inkişafındakı rolu” mövzusunda konfransda deyib. “Bu ilin noyabrında Azərbaycanın böyük Zəfərinin beş ili tamam olacaq. Bu barədə danışacaqlar, […]
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın və maliyyə orqanlarının nailiyyətləri beynəlxalq səviyyədə tanınmağa davam edir
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın və maliyyə orqanlarının nailiyyətləri beynəlxalq səviyyədə tanınmağa davam edir. Moody’s tərəfindən Azərbaycanın suveren kredit reytinqinin bu yaxınlarda dərəcəsinə (Baa3) yüksəldilməsi sektorunun artımını dəstəkləməyə, gəlirləri şaxələndirməyə və dövlət büdcəsinin karbohidrogen gəlirlərindən asılılığını əhəmiyyətli dərəcədə azaltmağa yönəlmiş islahatların effektivliyinə sübutdur . Ölkə üzrə həyata keçirilən genişmiqyaslı islahatlar makroiqtisadi sabitliyi və fiskal […]
Milli Məclisin plenar iclasında 15 məsələ müzakirə edilib
İyulun 8-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib. Konstitusiya.az xəbər verir ki, iclasın gündəliyi təsdiqləndikdən sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrdə komitə sədrləri Zahid Oruc, Fazil Mustafa, Musa Quliyev, Arzu Nağıyev, deputatlar Kamran Bayramov, Tahir Mirkişili, Soltan Məmmədov, Tural Gəncəliyev, Vüqar Bayramov, Asif Əsgərov çıxış ediblər. […]
Azərbaycanda vərəsəliklə bağlı qanunvericiliyə yeniliklər edilib
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Notariat haqqında” və “İcra haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Konstitusiya.az xəbər verir ki, sənədə əsasən, əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada […]
“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır: 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə” təsdiq edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 24 iyun 2025-ci il