Prezident İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub

Konstitusiya.az xəbər verir ki, iyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub. Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovu qarşıladı. Dövlətimizin başçısı və Türkmənistan Xalq Məsləhətinin sədri birgə foto çəkdirdilər. Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi: -Hörmətli Qurbanqulu Məlikquliyeviç. Azərbaycana xoş gəlmisiniz. Sizi səmimiyyətlə […]

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parklarının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, biomüxtəlifliyin qorunub saxlanılmasını, ətraf mühitin dayanıqlı idarə olunması ilə yanaşı, sosial-iqtisadi imkanların artırılmasını, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyasını və regionlarda ekoturizmin inkişafını təmin etmək məqsədilə qərara […]

Əbu-Dabidə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında keçirilən görüşün nəticələri açıqlanıb

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş konstruktiv atmosferdə keçib. Trend xəbər verir ki, sülh gündəliyinin mühüm istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb. Bu danışıqların müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə davam etdirilməsi üçün ümumi razılıqlar […]

Prezident İlham Əliyev: Azərbaycan mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir

Dünyada insanların təhlükəsizliyi, əmin-amanlığı və rifahının təmin edilməsi üçün həyati əhəmiyyət kəsb edən məsələlərə həsr olunmuş bu yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunluq duyuruq. Bu sessiyanın Azərbaycanda keçirilməsi ölkəmizin qlobal təhlükəsizlik, fəlakət risklərinin azaldılması və mülki müdafiə məsələlərinə verdiyi önəmin bariz nümunəsidir. Hakimiyyet.info.az  xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Bakıda Beynəlxalq […]

Sabah Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Mixail Qusman Prezident İlham Əliyevin medianın inkişafındakı rolu ilə bağlı konfransın keçirilməsini təklif edib

Prezident İlham Əliyevin medianın inkişafında oynadığı rol barədə noyabr ayında konfrans keçirmək məqsədəuyğundur. Trend xəbər verir ki, bunu Rusiya TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Ümummilli lider Heydər Əliyevin medianın inkişafındakı rolu” mövzusunda konfransda deyib. “Bu ilin noyabrında Azərbaycanın böyük Zəfərinin beş ili tamam olacaq. Bu barədə danışacaqlar, […]