13 Noyabr 2024
XİN sözçüsü: Azərbaycan arbitraj proseslərində də Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün səylərini davam etdirəcək
Konstitusiya.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə mətbuata açıqlamasında bildirib ki, Azərbaycan tərəfi yalnız Beynəlxalq Ədalət Məhkəməsi çərçivəsində deyil, eyni zamanda, arbitraj prosesləri çərçivəsində də Ermənistanın müvafiq qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirəcək.
XİN rəsmisi qeyd edib ki, bu proses davamlı prosesdir, təqribən 2-3 il ərzində davam edəcək, konkret tarix demək çətindir.