İsveçrə Konfederasiyasının Prezidenti Zati-aliləri cənab Qi Parmölənə

Hörmətli cənab Prezident,

İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Biz Azərbaycan ilə İsveçrə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın möhkəmləndirilməsi naminə bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim rifah və firavanlıq arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyul 2026-cı il