Nadim Qazıbəyov vəfat etdi

Uzun illər müxtəlif dövlət vəzifələrində çalışmış, müstəqillik illərində 15 ilə yaxın Meliorasiya və Su Təsərrüfatı Komitəsi sədrinin birinci müavini olmuş Nadim Qazıbəyov vəfat edib.

Konstitusiya.az Milli.Az-a istinadən xəbər verir ki, Prezidentin fərdi təqaüdçüsü olan N.Qazıbəyov 91 yaşında dünyasını dəyişib.

Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.

Allah rəhmət eləsin!