19 İyun 2025
Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Türkiyəyə işgüzar səfərə gəlib.
Hakimiyyet.info.az xəbər verir ki, Kahramanmaraş Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısını Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıladı.





