Qazaxıstanda Qurultay seçkiləri üçün 777 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib

Avqustun 23-də keçiriləcək Qazaxıstan Qurultayına deputat seçkilərini müşahidə etmək üçün 777 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Konstitusiya.az Qazaxıstan Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki, akkreditasiyadan keçmiş müşahidəçilərdən 160-ı 42 xarici dövləti, 617-si isə 13 beynəlxalq təşkilatı təmsil edir. Onların arasında 41 ölkənin parlamentlərindən 138 deputat da var.

Həmçinin 22 dövlətin mərkəzi seçki orqanlarının nümayəndələri, o cümlədən 11 seçki komissiyasının sədri seçkilərin müşahidəsində iştirak edəcək.

Səsvermə 10 min 423 seçki məntəqəsində keçiriləcək. Onlardan 79-u Qazaxıstanın 61 xarici dövlətdəki nümayəndəliklərində yaradılıb. Səsvermə saat 07:00-dan 20:00-dək davam edəcək.