27 Sentyabr 2026
Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər
27 Sentyabr – Anım Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri Bakıda Zəfər parkını ziyarət ediblər.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.