Prezident cənab İlham Əliyevə RF Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi təbrik edirəm. Sizin səyləriniz sayəsində Azərbaycan Respublikası dövlətçiliyinin möhkəmləndirilməsində və əhalisinin sosial-iqtisadi rifahının yaxşılaşdırılmasında nəzərəçarpan nəticələr əldə edib. Ölkələrimizin xalqlarının mənafeyi naminə ikitərəfli əlaqələrin, həmçinin “Yedinaya Rossiya” Ümumrusiya Siyasi Partiyası və Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın daha da dərinləşməsinə ümid edirəm. Hörmətli […]

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Dekabrın 23-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. İran Prezidenti dövlətimizin başçısını qarşıdan gələn ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Məsud Pezeşkian ölkəmizə səfərlərini və dövlətimizin başçısı ilə apardığı müzakirələri məmnunluqla […]

Binəqədi rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verilib

Konstitusiya.az xəbər verir ki, dekabrın 23-də Binəqədi rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və digər rəsmi şəxslər iştirak ediblər. Əvvəlcə mərasim iştirakçıları binanın foyesində yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq dünya şöhrətli siyasi xadimin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Məlumat verilib […]

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə qərara alıram: 1. 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 (iki yüz) manat məbləğində birdəfəlik maddi yardım verilsin. 2. […]

Köç karvanı Xocalının Badara, Daşbulaq, Ağdərənin Vəngli və Kolatağ kəndlərinə yola salınıb

Konstitusiya.az xəbər verir ki, dekabrın 22-də Xocalının Badara, Daşbulaq, Ağdərənin Vəngli və Kolatağ kəndlərinə yola düşən növbəti köç karvanı ünvana çatıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Dekabrın 22-də respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalı […]

Ana oğlu Nihadın müalicəsi üçün yardım istəyir

Redaksiyamıza müraciət edən ana Samirə Orucova 2019-cu il təvəllüdlü oğlu Nihadın səhhətindəki problemlərlə bağlı ictimaiyyətə müraciət edərək övladının müalicəsi üçün yardıma ehtiyacı olduğunu bildirib. İmkansız ana bildirib ki, doğuşdan bir neçə il sonra Nihadın sağlamlığında qüsur olduğu məlum olub. Samirə Orucovanın sözlərinə görə, o, ailəli olub, lakin daha sonra boşanıb. Nikahdan iki övladı var. Onun […]