Müdafiə və təhlükəsizlik sisteminin möhkəmləndirilməsi Azərbaycanın suverenliyinin təminatıdır
Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətləri ölkənin ərazi bütövlüyünün və suverenliyinin qorunması, eləcə də vətəndaşların rifahının təmin olunmasıdır. Bu məqsədlərə nail olmaq üçün güclü ordu quruculuğu, müdafiə və təhlükəsizlik sisteminin davamlı şəkildə möhkəmləndirilməsi dövlət siyasətinin əsas sütunlarından biri kimi müəyyənləşdirilib. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib. O qeyd edib ki, Prezident İlham Əliyev […]
Prezident İlham Əliyevin BƏƏ-yə səfəri yeni əməkdaşlıq imkanları yaradacaq
Azərbaycanla Ərəb dünyasının ən dinamik inkişaf edən ölkələrindən biri olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlər son illərdə, xüsusən də Vətən müharibəsindən sonra keyfiyyətcə yeni müstəviyə yüksəlib. Ümumiyyətlə, Azərbaycan ərəb ölkələri ilə münasibətlərinə hər zaman xüsusi önəm verib ki, bu da ölkəmizin müstəqil Yaxın Şərq siyasətinin tərkib hissəsidir. Məhz bu siyasət sayəsində ərəb ölkələri ilə, […]
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli İlham Heydər oğlu. Əziz qardaşım. Zati-aliləri, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Sizi əzəli qardaşımız olan Azərbaycan xalqının əsl vətənpərvər və fədakar övladı, müdrik və sədaqətli rəhbəri, dövrümüzün görkəmli dövlət xadimi, beynəlxalq miqyasda yüksək hörmət və nüfuza malik […]
Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb
Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti sülhməramlı olmağı prioritet hesab edir. Bu barədə ABŞ-ın Dövlət katibi Marko Rubio bildirib. O, Trampın Prezidentliyi dövründə həll olunmuş münaqişələrdən danışıb. “Rusiya-Ukrayna, Hindistan və Pakistan, Tailand və Kamboca kimi davamlı problemlərin, Sudanda faciənin və ya Cənubi Sudanda münaqişə potensialının, Ermənistan və Azərbaycanda münaqişənin həllində iştirak etdiyimizi gördünüz. Biz həmişə mümkün […]
Milli Məclisin növbəti iclasında aşağıdakı məsələlər müzakirə ediləcək
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi bəlli olub. Konstitusiya.az xəbər verir ki, dekabrın 23-də keçiriləcək iclasın gündəliyinə aşağıdakı 11 məsələ daxil edilib: 1. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi; 2. “Azərbaycan Respublikası Hökuməti […]
Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib
Dekabrın 19-da Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun onlayn formatda tam tərkibdə ilk iclası keçirilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Konstirusiya.az-a verilən məlumata görə, Strateji İşçi Qrupa Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Elnur Məmmədov, ABŞ tərəfdən Dövlət katibinin köməkçisinin müavini Sonata Koulter rəhbərlik edib. İclas zamanı […]