“Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabının imza günü olub

Dekabrın 6-da Libraff kitab mağazaları şəbəkəsinin Park Akademiya filialında qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin xatirəsinə həsr olunan “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabının imza günü keçirilib. Tədbirdə yazıçılar, ictimai şəxslər, media nümayəndələri, çoxlu sayda oxucular iştirak edib. Kitabın müəllifləri Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev nəşrin yazılma səbəblərindən, […]

Fərhad Nağıyev- saxta sənədlər, saxta əməllər-BƏS QANUN?!

Müxtəlif vaxtlarda müxtəlif sayt və mətbu orqanlarında, Cənab Prezidentə, Baş Prokurora, Daxili İşlər nazirinə, Dövlət Təhlükəsizlik orqanlarına, Əmlak Komitəsinə, məhkəmələrə edilən müraciətlərin cavabsız, nəticəsiz qalması bir daha sübut edir ki, Fərhad Nağıyevin saxtakarlıqlarının arxasında bizim inanaraq kömək istədiyimiz dövlət özü dayanır. Əvvəllər hərbi prokurorluq orqanlarında çalışmış və işdə yol verdiyi nöqsanlara görə, oradan uzaqlaşdırılmış Nağıyev […]

Prezident İlham Əliyev Avropa Şurasının Baş katibini qəbul edib 

Konstitusiya.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib. Mariya Peyçinoviç Buriç Azərbaycanın 2001-ci ildən Avropa Şurasının dəyərli üzvü olduğunu vurğuladı. O, ölkəmiz tərəfindən Avropa Şurasının bir çox konvensiyasının imzalandığını və ratifikasiya edildiyini, bir müddət əvvəl Azərbaycan tərəfinin Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyasını […]

“Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu

Konstitusiya.az xəbər verir ki, dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib. Tədbirdə 30 ölkəni təmsil edən 60 xarici ekspert iştirak edib.

Baş prokuror Kamran Əliyev Sumqayıtda vətəndaşları qəbul edəcək

Baş Prokurorluğun Mətbuat xidmətindən Konstitusiya.az-a verilən məlumatda bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il dekabrın 5-i, saat 10:00-da Sumqayıt şəhər prokurorluğunun inzibati binasında Sumqayıt şəhər və Qubadlı rayon sakinlərinin qəbulunu keçirəcək. Vətəndaşların qəbulla bağlı qeydiyyatı aidiyyəti prokurorluqlar tərəfindən həyata keçiriləcək. […]

Qarabağ Universitetinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi […]