Azərbaycanın Fransadakı səfiri Kolombe-le-Dö-Eqliz şəhərinin meri ilə görüşüb

Bu barədə Trend-ə Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib. Görüşdə iki ölkə arasındakı münasibətlərdən bəhs olunub. Səfir, general Şarl dö Qolun 27 noyabr 1944-cü ildə Bakı səfərini xatırladıb. Mer öz növbəsində nümayəndə heyətini səmimi salamlayıb və fəaliyyəti haqqında məlumat verib. Səfir L. Abdullayeva Azərbaycanın müasir siyasi tarixində adı ölkənin dövlətçilik salnaməsinə əbədi həkk olunmuş Ulu öndər Heydər […]

Azərbaycan gələn il Horadiz-Ağbənd xəttini Ermənistan sərhədinə qədər çatdıracaq

Azərbaycan 2026-cı ilə qədər Horadiz-Ağbənd dəmir yolu xəttini Ermənistan sərhədinə qədər çatdırmağı planlaşdırır. Trend xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev MDB ölkələrinin Dəmir Yolu Nəqliyyatı Şurasının Bakıda keçirilən 83-cü iclasının gedişində bildirib. Onun sözlərinə görə, Şərq-Qərb istiqamətində, o cümlədən Zəngəzur dəhlizinin həyata keçirilməsi istiqamətində mühüm irəliləyiş əldə olunub. Nazir vurğulayıb […]

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanda rəsmi görüşlər keçirib

Konstitusiya.az xəbər verir ki, bu barədə X sosial şəbəkədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edərək bildirib ki, Pakistan İslam Respublikasına səfəri zamanı bu ölkənin Baş naziri cənab Məhəmməd Şahbaz Şərifin qəbulunda olublar. Azərbaycan – Pakistan strateji tərəfdaşlığının iqtisadi əməkdaşlığa mühüm töhfələr verdiyini məmnunluqla vurğulayaraq, ikitərəfli münasibətlərin prioritet istiqamətləri və biznes əlaqələrinin şaxələndirilməsi barədə fikirlərimizi bölüşdük,-deyə nazir paylaşımda qeyd edib. Füzuli Əfqanoğlu

LOĞMAN RƏÇİDZADƏ: TƏK ADAM-TƏNHA ADAM-Kamal Abdullaya ithaf olunur

Tənhalığı sevməyənlər – azadlığı sevməyənlərdir, çünki yalnız tənhalıqda azad olmaq mümkündür. Artur Şopenhauer Azadlıq Özünüdərk, öz potensialını reallaşdırmaq imkanı, özünü və ətrafını təhlil edib qiymətləndirmə zəngin mənəviyyat və azad düşüncədən qaynaqlanır. İnsan fitrətən, təbiətcə, doğuluşdan azad həyata, azad təbiətə, azad yaşam tərzinə meyillidir. Cəmiyyət nə qədər öz “qanunlarını” diktə etsə də, insanın canının, qanının, həyat […]

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına

Hörmətli forum iştirakçıları! Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunda ürəkdən salamlayıram. Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir. İlk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu bu […]

Otelin 4 işçisinin ölümündə təqsirləndirilən rəhbər şəxs həbs edilib

Baş Prokurorluğun Mətbuat xidmətindən Konstitusiya.az-a bildirilib ki, noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan–Binəqədi şossesində yerləşən “Lake Hotel”in işçiləri — 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalovun iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin […]