Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanda rəsmi görüşlər keçirib

Konstitusiya.az xəbər verir ki, bu barədə X sosial şəbəkədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edərək bildirib ki, Pakistan İslam Respublikasına səfəri zamanı bu ölkənin Baş naziri cənab Məhəmməd Şahbaz Şərifin qəbulunda olublar.

Azərbaycan – Pakistan strateji tərəfdaşlığının iqtisadi əməkdaşlığa mühüm töhfələr verdiyini məmnunluqla vurğulayaraq, ikitərəfli münasibətlərin prioritet istiqamətləri və biznes əlaqələrinin şaxələndirilməsi barədə fikirlərimizi bölüşdük,-deyə nazir paylaşımda qeyd edib.

Füzuli Əfqanoğlu