Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin vəsatəti əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 1, maddə 41 (Cild I); 2025, № 4 (II kitab), maddə 415; 2026, № 2, maddə 186) ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”na 6 nömrəli əlavə – “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdikləri müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısı”na aşağıdakı məzmunda 8-ci hissə əlavə edilsin:

 8. İran İslam Respublikası

2. Bu Qərar 2026-cı il 1 mart tarixindən tətbiq edilir və 2026-cı il 31 dekabr tarixinədək qüvvədədir.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 27 ” “ avqust ” 2026-cı il

№ 261