15 Yanvar 2025
Bələdiyyə seçkiləri üçün 68 min 869 müşahidəçi akkreditasiyadan keçib
Konstitusiya.az xəbəır verir ki, Bələdiyyə seçkilərini müşahidə etmək üçün 68 min 869 nəfər akkreditasiyadan keçib. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun dünən keçirilən iclasında deyib.
Xatırladaq ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin olunub.