BEYLƏQAN İCTİMAİYYƏTİ HƏR ZAMAN PREZİDENTİMİZLƏDİR

Bu gün Azərbaycan ictimai-siyasi cəhətdən sabit, iqtisadi gücü sürətlə artan və irimiqyaslı layihələr icra edən ölkədir. Bu sahədə daha böyük uğurlara imza atmaq üçün idarəetmə sisteminin ən mühüm alətlərindən olan hesabatlılıq və şəffaflığın gücləndirilməsinin böyük əhəmiyyəti vardır.

Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyevin söylədiyi bu “Yeni dövr şəffaflıq dövrüdür, dürüstlük dövrüdür, inhisara son qoymaq dövrüdür” məzmunda fikirləri Prezidentin hələ bir neçə il bundan əvvəlki “Şəffaflıq, təmizlik, dürüstlük həyat tərzi olmalıdır” sözlərinin  məntiqi davamıdır desək yanılmarıq. Eyni zamanda ölkəmizdə şəffaflığın artırılması investisiya cəlbediciliyinin yüksəldilməsində mühüm rol oynamaqla iqtisadiyyatımızın şaxələndirilməsi, davamlılığının möhkəmləndirilməsi və rəqabətin artırılması nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir ki, bu da Böyük Qayıdış dönəmində çox vacibdir. Çox səciyyəvidir ki, şəffaflıq və korrupsiyaya qarşı mübarizə Azərbaycan Respublikasının dövlət quruculuğu siyasətində daim diqqət mərkəzində saxlanılan məsələlərdən biri olmuş, bu istiqamətdə bir sıra mühüm normativ hüquqi aktlar qəbul edilmişdir. 

 

Biz artıq Böyük Qayıdış mərhələsinə qədəm qoymuşuq. Ölkə Prezidentinin qarşıya qoyduğu məqsəd və vəzifələr bundan ibarətdir ki, vətəndaşlarımız işğaldan azad olunmuş torpaqlara qayıdaraq rahat  yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar və bu torpaqlarda həyat canlansın. Bütün bölgələrimiz bərpa  edilsin.                                              

Biz güclü iqtisadiyyatdan qələbəyə gəldiyimiz kimi, şanlı qələbədən də daha güclü iqtisadiyyata nail olmalıyıq.      

                                                                                 

Ən vacib problemlərdən biri də budur ki, bu yeni şərait, zaman və məkan dönəmində  öz istiqamətimizi düzgün müəyyənləşdirərək və ölkəmizin, o cümlədən  işğaldan azad olunmuş  ərazilərimizin bərpa edilib  çiçəklənməsinə ən optimal  yol və vasitələrlə nail olaq. Bütün bu göstərilənlər Prezident İlham Əliyevin son dövrlərdə imzaladığı qanun, fərman və sərəncamlarda öz vacibliyini və həlli istiqamətlərini tapmışdır. 

                                                                                                                   Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər”də dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı bölmələri ilə yanaşı işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış bölməsinin ehtiva olunması dediklərimizə sübutdur. Milli Priooritetlərdə işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın əsas istiqamətləri sırasında regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla dayanıqlı məskunlaşmaya nail olunması ilə yanaşı iqtisadi fəaliyyətə reinteqrasiyanın yolları da göstərilmişdir. O cümlədən, işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyinin bərpa edilməsi, bölgənin ölkə üzrə iqtisadi fəaliyyətdə payının işğaldan öncəki vəziyyətə çatdırılması və davamlı artırılması, bölgənin ölkədə iqtisadi fəaliyyətin aparıcı həlqələrindən birinə çevrilməsi, bölgədə ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsinə nail olunması, bölgəyə sərmayə cəlbediciliyinin yüksəldilməsi, zəruri stimullaşdırma yolu ilə özəl təşəbbüslərin hərtərəfli təşviqi və dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi kimi vəzifələrin artıq yüksək sürətlə rellaşdırılması göz qabağındadır. 

Beyləqan ictimaiyyətilə rayon rəhbərliyinin keçirdiyi görüşlər və səyyar qəbul zamanı bir daha xalqın ölkə rəhbərinə inamı, hər zaman onun yanında olduğunu açıq ifadə edirlər. Beyləqanlılar adında ölkə rəhbərini doğum günü münasibətilə səmimi qəlbdən tərik edir, Prezidentimizə və ailəsinə cansağlığı arzulayırıq!

Beyləqan rayon ictimaiyyəti adından RİH-nin Başçısı Əziz Əzizov