Xankəndiyə qayıdan şəhid anası: Çox qarışıq hisslər keçirirəm

İllərin həsrəti, yurd yanğısı və yaddaşlara həkk olunmuş ağrılı-acılı xatirələr bu gün sevinc göz yaşlarına qarışıb. Ömrü məcburi köçkünlük həyatının çətinlikləri ilə keçən, lakin ürəyindəki Vətən sevgisini bir an olsun belə sönməyə qoymayan Əzizə Mirzəyevanın timsalında soydaşlarımızın neçə illik arzuları gerçəkləşir. Konstitusiya.az xəbər verir ki, Bakıdan doğma Xankəndi şəhərinə yola düşən keçmiş məcburi köçkün, şəhid anası […]

Xankəndi şəhərinə növbəti köç yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Konstitusiya.az xəbər verir ki, bu gün Xankəndi şəhərinə 22 ailə – 102 nəfər köçürülür. Doğma yurda doğru yola çıxan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan […]

Özünüməşğulluq proqramı üzrə bu il daha 160 nəfər müharibə veteranı üçün kiçik təsərrüfatlar yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində bu il daha 160 nəfər müharibə veteranı mal və materiallar formasında aktivlərlə təmin edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, verilmiş aktivlər hesabına onlar istehsal və xidmət, kənd təsərrüfatı sahələri üzrə biznes planlarına uyğun kiçik ailə bizneslərini qurublar. Özünüməşğulluq proqramına […]

Ağdərə və Xocalı sakinləri sosial müdafiə və mina təhlükəsi barədə maarifləndiriliblər

Doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərdə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən aparılan məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri çərçivəsində onlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri ətraflı […]

DTX: Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin qarşısı alınır

Son vaxtlar Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qruplaşmalar tərəfindən Azərbaycan mobil operatorlarına aid nömrələrdən istifadə edilməklə saxta sosial şəbəkə və ani mesajlaşma hesabları yaradılaraq dövlət qulluqçularını, eləcə də müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını hədəf alan çoxsaylı hüquq pozuntuları qeydə alınmaqdadır. Bu barədə AZƏRTAC-a Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, […]

Balaxanı neftçiləri və FHN əməkdaşları yanğından mühafizə üzrə birgə profilaktik seminarlar keçirirlər

“Balakhani Operating Company LTD” hasilat şirkəti və FHN-nin Dövlət Neft Şirkəti Obyektlərinin Yanğından Mühafizə İdarəsi əməkdaşlığı gücləndirir. Belə ki, tərəflər bununla bağlı birgə seminar təşkil ediblər. Konstitusiya.az xəbər verir ki, hasilat şirkətinin SƏTƏM və MM departamentinin böyük mühəndisi Elmir Alməmmədov profilaktika sektorunun əməkdaşları ilə qarşılıqlı fəaliyyətin təmin edilməsi məqsədi ilə şirkətin SƏTƏM qaydaları, xüsusilə də qapalı […]