Birinci yarımildə “Mobil Notariat”ın üzərindən rəsmiləşdirilən notariat hərəkətlərinin sayı məlum olub
Bu ilin 6 ayı ərzində “Mobil notariat” tətbiqinin istifadəçi auditoriyası 1 milyon 771 mini ötüb. Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, bu müddətdə hər gün orta hesabla 3400 elektron notariat hərəkəti məhz bu tətbiq üzərindən rəsmiləşdirilib. Cari ilin birinci yarımilində tətbiq üzərindən ümumilikdə 633 mindən çox notariat […]
“Heydər Əliyev məktəbi” layihəsinin üçüncü mərhələsinə yekun vurulub
Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və partiyanın Naxçıvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan “Heydər Əliyev məktəbi” layihəsinin üçüncü mərhələsi başa çatıb. Partiyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Tədbirdə YAP Mərkəzi Aparatı rəhbərinin müavini […]
Vətəndaşlar “mygov” üzərindən FHN-ə müraciət edə biləcəklər
Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşların nazirliyə müraciətlərinin daha da asanlaşdırılması, vətəndaş məmnunluğunun və xidmətlərin rəqəmsallaşdırılmasının təmin edilməsi məqsədilə növbəti addım atıb. Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, vətəndaşların FHN-ə və nazirliyin müvafiq qurumlarına müraciətlərinin elektron qaydada təqdim olunması məqsədilə “mygov” platforması üzərindən də müraciət göndərilməsi imkanı yaradılıb. Vətəndaşlar “mygov” platformasında “Dövlət qurumlarına […]
Dövlət Komitəsinin sədri Kəlbəcərdə vətəndaşların müraciətlərini dinləyəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov avqustun 3-də Kəlbəcər və Laçın rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək. Dövlət Komitəsindən Konstitusiya.az-a bildirilib ki, görüş Kəlbəcər şəhərində yerləşən Dost Mərkəzində saat 11:00-da keçiriləcək. Qeyd edilib ki, görüşə gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şərqi Zəngəzur regional bölməsinə (əlaqə vasitələri: (021) 275 52 00, (050) 888 39 […]
Azərbaycan və Pakistan arasında əməkdaşlıq çərçivəsində Bakıda beynəlxalq təlim təşkil olunub
Ədliyyə Nazirliyinin əməkdaşları, hakimlər və məhkəmə işçiləri Bakı şəhərində keçirilən “The Judicial Crafting: Executive Judicial Training Programme” (“Hakim Peşəkarlığı: Rəhbər Səviyyəli Məhkəmə Təlim Proqramı”) adlı beynəlxalq təlim proqramında iştirak ediblər. Bu barədə Konstitusiya.az-a Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlim Azərbaycanın Ədliyyə Nazirliyi ilə Pakistanın Hüquq və Ədliyyə Nazirliyi arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində təşkil […]
Baş Prokurorluq yayılmış əsassız iddialarla bağlı məlumat yayıb
Son dövrlər vətəndaş Ağasəf İsmayılov tərəfindən müxtəlif media subyektlərində və sosial şəbəkələrdə sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərinin guya obyektiv araşdırılmaması və digər xüsusatlar barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Bununla əlaqədar bildiririk ki, sərnişindaşıma xidmətlərinin göstərilməsi fəaliyyətini həyata keçirən “Magna trans” məhdud məsuliyyətli cəmiyyətinin həmtəsisçisi İsmayılov Ağasəf İslam oğlunun digər təsisçilər tərəfindən Cəmiyyətin əmlaklarının onun […]