Ana oğlu Nihadın müalicəsi üçün yardım istəyir

Redaksiyamıza müraciət edən ana Samirə Orucova 2019-cu il təvəllüdlü oğlu Nihadın səhhətindəki problemlərlə bağlı ictimaiyyətə müraciət edərək övladının müalicəsi üçün yardıma ehtiyacı olduğunu bildirib. İmkansız ana bildirib ki, doğuşdan bir neçə il sonra Nihadın sağlamlığında qüsur olduğu məlum olub. Samirə Orucovanın sözlərinə görə, o, ailəli olub, lakin daha sonra boşanıb. Nikahdan iki övladı var. Onun […]

Kimlər azadlığa çıxacaq? – Amnistiya aktının tətbiq olunacağı maddələr (TAM MƏTN)

Milli Məclisin dekabrın 19-da keçirilən iclasında amnistiya aktı qəbul olunub. Konstitusiya.az sənədin tam mətnini təqdim edir: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövlətinin qurulub möhkəmləndiyini, Ulu Öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının müasir dövlətçiliyimizin hüquqi təməlini yaratdığını dərin ehtiramla xatırlayaraq, Azərbaycan Respublikası Konstitusiyasının ümumbəşəri dəyərlərə […]

Ulu Öndər – Müasir və müstəqil Azərbaycanın memarı 

Azərbaycanın dövlətçilik tarixində dərin iz qoymuş Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür. Bu illər ərzində ölkəmiz onun siyasi irsinin işığında əzmlə irəliləyərək, qısa müddətdə əsrə bərabər yol qət edib. Bu dövr Azərbaycan üçün həm də tarixi ədalətin bərpası ilə yadda qalıb. Çoxəsrlik tariximizdə misli görünməmiş Vətən müharibəsi və ardınca həyata keçirilən antiterror tədbirləri […]

Tahir Kərimli: “Yenidən mandat almaq istəməyim barədə ortaya atılan iddianı qətiyyətlə rədd edirəm”

Sabiq deputat Tahir Kərimli sosial şəbəkə hesabında Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı müraciət fonunda tənqidlərə tuş gəlib. Sabiq deputatın yenidən mandat almaq arzusuna düşdüyü bildirilir. T.Kərimli Pravda.az-a açıqlamasında deyilənlərə aydınlıq gətirib. “Mehriban xanıma müraciətimdə birbaşa yazmışam ki, hər hansı şəxsi istəklərim yoxdur. Fikir verirəm, məni tənqid edənlər əsasən radikal müxalifət düşərgəsindən olanlardır. Əlbəttə, narahat olan kəslər […]

LOĞMAN RƏÇİDZADƏ: TƏK ADAM-TƏNHA ADAM-Kamal Abdullaya ithaf olunur

Tənhalığı sevməyənlər – azadlığı sevməyənlərdir, çünki yalnız tənhalıqda azad olmaq mümkündür. Artur Şopenhauer Azadlıq Özünüdərk, öz potensialını reallaşdırmaq imkanı, özünü və ətrafını təhlil edib qiymətləndirmə zəngin mənəviyyat və azad düşüncədən qaynaqlanır. İnsan fitrətən, təbiətcə, doğuluşdan azad həyata, azad təbiətə, azad yaşam tərzinə meyillidir. Cəmiyyət nə qədər öz “qanunlarını” diktə etsə də, insanın canının, qanının, həyat […]

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağı keçirilib

Konstitusiya.az xəbər verir ki, noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Əvvəlcə dövlətimizin başçısı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvləri və Akademiyanın 80 illik yubiley yığıncağında iştirak edən xarici qonaqlarla görüşdü. Sonra Prezident İlham Əliyev tədbirdə çıxış etdi. Prezident İlham […]