Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmond, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, Rusiya Federasiyasının Həştərxan vilayətinin […]
Macarıstanın Baş naziri Viktor Orbandan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli cənab Prezident. İcazə verin doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırım. Azərbaycan Macarıstan üçün böyük əhəmiyyət daşıyır. Mən şadam ki, əlaqələrimiz ötən illər ərzində möhkəmlənməkdə davam edib və müstəsna əhəmiyyət kəsb edən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Cənab Prezident, əminəm ki, Sizin fədakarlığınız olmadan bizim ümumi uğurlarımız mümkün olmazdı. […]
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli İlham Heydər oğlu, dəyərli Qardaşım. Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Sizi Azərbaycan Respublikasının hərtərəfli inkişafına, ölkənin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunmasına, əhalinin rifahının yüksəldilməsinə, eləcə də beynəlxalq arenada dövlətinizin nüfuzunun möhkəmləndirilməsinə həsr olunmuş misilsiz xidmətlər göstərən görkəmli dövlət […]
Çin Xalq Respublikasının Sədri Si Cinpindən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Son illər bizim birgə rəhbərliyimizlə intensiv yüksək səviyyəli təmaslar, möhkəm siyasi qarşılıqlı etimad və beynəlxalq aləmdə səmərəli əməkdaşlıq ilə səciyyələnən Çin-Azərbaycan münasibətləri uğurla və ardıcıl şəkildə inkişaf etməkdə davam edir. Tərəflər “Bir kəmər, bir yol” təşəbbüsünün […]
Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə
Hörmətli cənab Prezident, Maqdeburq şəhərindəki Milad yarmarkasında baş vermiş faciəli hadisə nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti […]
İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
Azərbaycan və İtaliya Müdafiə nazirlikləri arasında imzalanan plana əsasən, İtaliya Respublikasının hərbi-mülki əməkdaşlıq (CIMIC) üzrə hərbi ekspertləri ölkəmizə səfər edib. Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində İtaliya nümayəndə heyəti ilə görüş keçirilib. Qonaqlara müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyası barədə brifinq təqdim olunub. Eyni zamanda Azərbaycan […]