“Bir nar çubuğunu basdırdıq yerə” – Praqa Azərbaycan Evində ilk tədbir keçirildi

Çexiyanın paytaxtı Praqa şəhərində yeni açılan Azərbaycan Evində ilk tədbir baş tutub. Konstitusiya.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Evində xalq şairi Nəbi Xəzrinin 100 illiyinə həsr olunan rəsm sərgisinin açılışı olub. Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Çex Respublikasındakı fövqəladə […]

COP29 Net Zero yolunda Çində əldə olunan təcrübələri bölüşmək üçün əla fürsətdir – Çinpenq Vey

COP29 Net Zero yolunda Çində əldə olunan təcrübələri bölüşmək üçün əla fürsətdir. Bunu Tsinxua Universitetinin elmlər doktoru Çinpenq Vey (Qingpeng Wei) “Çin İnvestisiya Assosiasiyası: sıfır karbon təsviri” mövzusunda keçirilən panel müzakirədə bildirib. “Son illərdə Çin tikinti, sənaye, nəqliyyat və digər sektorlar üzrə karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaltmaq üçün bir çox metod tətbiq edib. İki nümunəni […]

Gürcüstan Baş naziri: COP29-un Azərbaycanda keçirilməsi region üçün əlamətdar hadisədir

COP29 konfransının ilk dəfə olaraq Cənubi Qafqaz ölkəsində, Azərbaycanda keçirilməsi region üçün əlamətdar hadisədir. APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze COP29 liderlərinin sammitində çıxışı zamanı bildirib. Hökumət başçısı çıxışında iqlim dəyişikliyinin inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına ciddi ziyan vurduğunu qeyd edib. “Cənab Prezident, xanımlar və cənablar! Gürcüstan adından sizə […]

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşüb. Konstitusiya.az xəbər verir ki, COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran və bununla bağlı uğurlar arzulayan Şarl Mişel bu tədbirdə iqlim dəyişmələri ilə əlaqədar vacib qərarların qəbul ediləcəyinə ümidvarlığını ifadə etdi. O, Avropa İttifaqının gündəliyində də iqlim dəyişmələrinin prioritet və vacib […]

XİN-dən ABŞ-Azərbaycan əlaqələri ilə bağlı AÇIQLAMA

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ABŞ-Azərbaycan əlaqələrinin necə olacağına münasibət bildirib. XİN rəsmisi jurnalistlərə açıqlamasında qeyd edib ki, Azərbaycan neft-qaz ölkəsi olmasına baxmayaraq, uzunmüddətli perspektivdə yaşıl enerjiyə keçid, karbon emissiyasının azaldılması istiqamətində müvafiq tədbirlər görməyi nəzərdə tutur. O vurğulayıb ki, Azərbaycan tərəfindən yaşıl enerjiyə keçid istiqamətində hazırda müvafiq böyük layihələr […]

Energetika naziri COP29 tədbiri zamanı bir sıra görüşlər keçirib

Energetika naziri Pərviz Şahbazov COP tədbiri çərçivəsində Pakistanın neft üzrə dövlət naziri Musadik Malik və “CESI SpA” şirkətinin Baş icraçı direktoru Nikola Melchiotti ilə görüşüb. Konstitusiya.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb. Bildirilib ki, Pakistanın neft və su resursları naziri Musadik Malik ilə görüşdə iki ölkə arasında yüksək səviyyəli münasibətlərdən məmnunluq ifadə […]