Bakıda Prezident İlham Əliyevin, Prezident Kasım-Jomart Tokayevin və Prezident Şavkat Mirziyoyevin üçtərəfli görüşü olub

Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin üçtərəfli görüşü olub. Konstitusiya.az xəbər verir ki, sonra Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçıları “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzalayıblar. Daha sonra prezidentlər […]

COP29 çərçivəsində Çoxsəviyyəli Fəaliyyət və Şəhərsalma Pavilyonunun rəsmi açılışı olub

COP29 çərçivəsində Çoxsəviyyəli Fəaliyyət və Şəhərsalma Pavilyonunun rəsmi açılışı olub. Konstitusiya.az xəbər verir ki, açılış lentini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Türkiyənin Ətraf mühit və şəhərsalma naziri Murat Kurum kəsib.

Tokio şəhərinin qubernatoru: “Bakının təmizliyi və gözəlliyi məni valeh etdi”

Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak üçün ölkəmizin paytaxtına səfərə gələn Yaponiyanın paytaxtı Tokio şəhərinin qubernatoru xanım Yuriko Koike Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov ilə görüşüb. BŞİH-dən  Konstitusiya.az-a verilən xəbərə görə, xanım Yuriko Koike Bakının təmizliyi və gözəlliyinin onu valeh etdiyini vurğulayaraq, […]

Prezident İlham Əliyev Əl-Əzhəri Şərifin şeyxi ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşüb. Prezident İlham Əliyev dəvəti qəbul edib COP29-da iştirakına görə Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibə minnətdarlığını bildirdi, onun burada olmasının bu tədbiri xüsusilə əhəmiyyətli etdiyini dedi. Dövlətimizin başçısı xüsusi olaraq vurğuladı ki, […]

XİN sözçüsü: Azərbaycan arbitraj proseslərində də Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün səylərini davam etdirəcək

Konstitusiya.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə mətbuata açıqlamasında bildirib ki, Azərbaycan tərəfi yalnız Beynəlxalq Ədalət Məhkəməsi çərçivəsində deyil, eyni zamanda, arbitraj prosesləri çərçivəsində də Ermənistanın müvafiq qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirəcək. XİN rəsmisi qeyd edib ki, bu proses davamlı prosesdir, təqribən 2-3 il ərzində […]

Son on ayda piyadaların qaydaları pozması nəticəsində 9 nəfər ölüb, 15 nəfər xəsarət alıb – DYP

Piyada təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən profilaktiki tədbirlərin intensivliyinə baxmayaraq, təəssüf ki, yol hərəkətinin ən müdafiəsiz iştirakçıları arasında problemə yanaşma birmənalı deyil. Konstitusiya.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara müraciət edib. Bildirilib ki, cari ilin 10 ayı ərzində yol hərəkəti qaydalarının piyadalar tərəfindən pozulması nəticəsində qeydə alınan 23 […]