Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub

Oktyabrın 8-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub. Dövlətimizin başçısını salamlayan Prezident Vladimir Putin dedi: -Hörmətli İlham Heydər oğlu. Hörmətli dostlar, həmkarlar. Sizin hamınızı Moskvada salamlamağa çox şadıq. Mənim Bakıya səfərim zamanı razılaşdığımız kimi bu gün görüş keçiririk. Biz indi Prezidentlə, necə deyərlər, üzbəüz danışırdıq, dünən axşam da […]

Niderland Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamələri qətiyyətlə rədd edirik

Niderland Krallığının Parlamentinin Nümayəndələr Palatasının 10 oktyabr tarixində Azərbaycan əleyhinə qəbul etdiyi növbəti iki qətnaməni qətiyyətlə rədd edirik. Bununla yanaşı, Niderlandın xarici işlər naziri Kaspar Veldkampın çıxışı zamanı bu qərəzli qətnamələrə dəstək ifadə etməsi, Azərbaycan tərəfindən həbs edilmiş keçmiş separatçı rejimin nümayəndələrinin və terrorçuların “hərbi əsir” kimi qələmə verilərək azad edilməsinə dair çağırışları qəbuledilməzdir. Konstitusiya.az […]

Prezident İlham Əliyev yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında iştirak edib

Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra dövlətimizin başçısı nitq söylədi. Prezident İlham Əliyevin nitqi -Hörmətli deputatlar, xanımlar və cənablar. Yeddinci çağırış Milli Məclis bu gün öz işinə başlayır. Bu münasibətlə bütün deputatları ürəkdən təbrik etmək […]

Ş.K.Seyidzadənin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                              Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, […]

Baş prokuror Abşeronda vətəndaşları qəbul edəcək

Baş Prokurorluğun Mətbuat xidmətindən Konstitusiya.az -a verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il sentyabrın 10-da, saat 10:00-da Abşeron rayon prokurorluğunun inzibati binasında Abşeron və Zəngilan rayon sakinlərinin qəbulunu keçirəcək. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Abşeron rayonuna gəlmələrinin təşkili rayon […]

Azərbaycanda ilk dəfə media xidmətləri göstərən onlayn platforma

Azərbaycanda ilk dəfə olaraq bir çox media xidmətini bir arada təqdim edən “MediaServis” adlı internet platforması fəaliyyətə başlayıb. Bu barədə Trend-ə platformanın rəhbəri jurnalist Elgün Mənsimov məlumat verib. Onun sözlərinə görə, ölkə mediası üçün yeni olan bu platformada media sahəsinə aid xidmətlər peşəkar səviyyədə təqdim ediləcək. Xidmətlərlə tanış olmaq üçün www.mediaservis.az saytına daxil olmaq lazımdır. Sayt üç […]