Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib

Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan, Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov avqustun 25-də II Fəxri xiyabanda dəfn edilib. Konstitusiya.az xəbər verir ki, burada mərhumun ruhuna dualar oxunub, məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.  

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilib

Avqustun 25-də Təzəpir məscidində Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilib. Konstitusiya.az xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, sənət dostları və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak ediblər. Mərhumun cənazəsinin qoyulduğu postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın adından əklil qoyulub. Mədəniyyət naziri Adil Kərimli Tofiq Bakıxanovun vəfatının millətimiz, Azərbaycan mədəniyyəti və […]

Vahid Bakıxanov: Tofiq müəllim özündən sonra çox böyük bir iz qoyub getdi

Tofiq müəllim olduqca işgüzar, zəhmətkeş insan idi. Son nəfəsinə qədər Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqisinin ən fəal təbliğatçılardan biri oldu. Konstitusiya.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xalq artisti Tofiq Bakıxanovla vida mərasimində oğlu Vahid Bakıxanov deyib. O, atası haqqında danışarkən bildirib ki, Tofiq Bakıxanov öz müəllimlərinin – Üzeyir Hacıbəylinin, Qara Qarayevin adını yaşadırdı: “Tofiq Bakıxanov musiqimizin […]

Türk dünyasının rəssamları Kapadokiyada bir araya gəlib

Türkiyənin turizm bölgəsi olan Kapadokiyada “Türk dünyası rəssamlarının beynəlxalq görüşü” keçirilir. Konstitusiya.az xəbər verir ki, Nevşehir valiliyinin himayəsi ilə təşkil olunan tədbirin məqsədi Türk dünyası ölkələrinin rəngkarlıq ənənələrini təbliğ etməkdir. Açılış mərasimi Məryəm Ana tarixi kilsəsinin ərazisində keçirilib. Görüşdə Azərbaycanı rəssam Məhərrəm Əliyev təmsil edir. Həftə ərzində müxtəlif türk ölkələrindən olan rəssamların açıq havada keçirəcəkləri ustad […]

Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Leyla Əliyeva avqustun 24-də ilk Buxara Müasir İncəsənət Biennalesinin əsərlərinin bir hissəsi ilə tanış olub. Konstitusiya.az xəbər verir ki, Buxara Biennalesi Özbəkistan Mədəniyyət və İncəsənətin İnkişafı Fondu tərəfindən keçirilir. İlk dəfə 2025-ci ildə keçirilən Buxara Biennalesi Mərkəzi Asiyanın ən böyük mədəniyyət tədbirlərindən birinə çevrilib. Hazırda Buxarada ilk […]

Azərbaycan Milli Xalça Muzeyi Budapeştdə keçirilən 40-cı Beynəlxalq Xalq Sənətkarları Festivalında iştirak edib

Macarıstanın paytaxtı Budapeştdə 40-cı Beynəlxalq Xalq Sənətkarları Festivalı keçirilib. Azərbaycan Milli Xalça Muzeyi artıq ikinci ildir ki, nüfuzlu beynəlxalq festivalda ölkəmizi uğurla təmsil edir. Muzeydən AZƏRTAC-a bildirilib ki, festival müddətində ziyarətçilər xalçatoxuma və kəlağayı sənəti üzrə ustad dərslərində iştirak edərək, bu sənət nümunələrinin hazırlanma texnologiyaları ilə yaxından tanış olublar. Onlara, həmçinin naxış və rənglərinin semantik mənaları […]