İlk müstəqil Konstitusiyamız

Hər bir müstəqil dövlətin siyasi, hüquqi və mənəvi dayağı onun Konstitusiyasıdır. Dövlətin quruluşu, idarəetmə prinsipləri, vətəndaşların hüquq və azadlıqları, cəmiyyətin inkişaf istiqamətləri məhz əsas qanunla müəyyən olunur. Azərbaycan Respublikasının Konstitusiyası da xalqımızın dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik sənəddir və onun qəbul olunduğu 12 noyabr tarixi hər il Konstitusiya Günü kimi qeyd edilir. Azərbaycan Respublikasının Konstitusiyası […]

Təbrizdə Zəfər Günü ilə bağlı tədbir keçirilib

Konstitusiya.az xəbər verir ki, bu ilin noyabrın 6-da İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu tərəfindən 8 noyabr-Zəfər Günü ilə əlaqədar Baş Konsulluğun inzibati binasında rəsmi təbdir keçirilmişdir. Bu barədə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz […]

Azərbaycan XİN Zəfər Günü ilə bağlı bəyanat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 8 noyabr – Zəfər Günü ilə bağlı bəyanat yayıb. Konstitusiya.az xəbər verir ki, bəyanatda deyilir: “8 Noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasında Zəfər Gününün beşinci ildönümü qeyd olunur. Azərbaycanlıların qəlblərinə həkk olunan bu möhtəşəm tarix, 44 günlük Vətən Müharibəsində qazanılmış şanlı qələbəni bayram etməklə yanaşı, milli gücün, qətiyyətin və birliyin […]

Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Konstitusiya.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 7-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə məhdud tərkibdə görüşü olub. Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi qarşıladı. Dövlətimizin başçısı və Pakistanın Baş naziri birgə foto çəkdirdilər. Görüşdə dövlətimizin başçısı Vətən müharibəsində şanlı Qələbənin beşinci ildönümü münasibətilə sabah Bakıda keçiriləcək hərbi […]

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri. Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsinin beşinci ildönümü münasibətilə Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram. Bu tarixi gün Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün göstərdiyi cəsarətin, birliyin və sarsılmaz qətiyyətin parlaq təcəssümüdür. Bu qətiyyətli Qələbə nəticəsində […]

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdaridən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri. Şanlı Zəfər Gününün beşinci ildönümü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakistan Hökuməti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Bu gün Zati-alinizin uzaqgörən rəhbərliyi ilə Vətəninin suverenliyini və ərazi bütövlüyünü fədakarlıqla bərpa edən Azərbaycan xalqının əzmkar mübarizəsinin və qətiyyətinin qürurverici təntənəsidir. İşğal olunmuş […]