Roma Papası Anakarada Ərdoğanla görüşüb
Türkiyədə səfərdə olan Roma Papası XII Leo Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Məlumata görə, bu səfər pontifikin Katolik Kilsəsinin rəhbəri seçildikdən sonra ilk rəsmi xarici səfəridir. Prezident kompleksində baş tutan görüş bağlı qapılar arxasında yarım saat davam edib. Türkiyə mediasının yazdığına görə, liderlər Türkiyə–Vatikan münasibətlərini, eləcə də cari regional və qlobal prosesləri müzakirə ediblər. […]
Tahir Kərimli: “Yenidən mandat almaq istəməyim barədə ortaya atılan iddianı qətiyyətlə rədd edirəm”
Sabiq deputat Tahir Kərimli sosial şəbəkə hesabında Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı müraciət fonunda tənqidlərə tuş gəlib. Sabiq deputatın yenidən mandat almaq arzusuna düşdüyü bildirilir. T.Kərimli Pravda.az-a açıqlamasında deyilənlərə aydınlıq gətirib. “Mehriban xanıma müraciətimdə birbaşa yazmışam ki, hər hansı şəxsi istəklərim yoxdur. Fikir verirəm, məni tənqid edənlər əsasən radikal müxalifət düşərgəsindən olanlardır. Əlbəttə, narahat olan kəslər […]
Azərbaycanın Fransadakı səfiri Kolombe-le-Dö-Eqliz şəhərinin meri ilə görüşüb
Bu barədə Trend-ə Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib. Görüşdə iki ölkə arasındakı münasibətlərdən bəhs olunub. Səfir, general Şarl dö Qolun 27 noyabr 1944-cü ildə Bakı səfərini xatırladıb. Mer öz növbəsində nümayəndə heyətini səmimi salamlayıb və fəaliyyəti haqqında məlumat verib. Səfir L. Abdullayeva Azərbaycanın müasir siyasi tarixində adı ölkənin dövlətçilik salnaməsinə əbədi həkk olunmuş Ulu öndər Heydər […]
Azərbaycan gələn il Horadiz-Ağbənd xəttini Ermənistan sərhədinə qədər çatdıracaq
Azərbaycan 2026-cı ilə qədər Horadiz-Ağbənd dəmir yolu xəttini Ermənistan sərhədinə qədər çatdırmağı planlaşdırır. Trend xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev MDB ölkələrinin Dəmir Yolu Nəqliyyatı Şurasının Bakıda keçirilən 83-cü iclasının gedişində bildirib. Onun sözlərinə görə, Şərq-Qərb istiqamətində, o cümlədən Zəngəzur dəhlizinin həyata keçirilməsi istiqamətində mühüm irəliləyiş əldə olunub. Nazir vurğulayıb […]
Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanda rəsmi görüşlər keçirib
Konstitusiya.az xəbər verir ki, bu barədə X sosial şəbəkədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edərək bildirib ki, Pakistan İslam Respublikasına səfəri zamanı bu ölkənin Baş naziri cənab Məhəmməd Şahbaz Şərifin qəbulunda olublar. Azərbaycan – Pakistan strateji tərəfdaşlığının iqtisadi əməkdaşlığa mühüm töhfələr verdiyini məmnunluqla vurğulayaraq, ikitərəfli münasibətlərin prioritet istiqamətləri və biznes əlaqələrinin şaxələndirilməsi barədə fikirlərimizi bölüşdük,-deyə nazir paylaşımda qeyd edib. Füzuli Əfqanoğlu
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına
Hörmətli forum iştirakçıları! Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunda ürəkdən salamlayıram. Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir. İlk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu bu […]