24 Yanvar 2025
Ermənistan parlamentində Avropa İttifaqına üzvlük məsələsinə baxılacaq
Fevral ayında Ermənistan parlamentində ölkənin Avropa İttifaqına üzvlüyünə dair qanun layihəsinə baxılacaq.
Konstitusiya.az xəbər verir ki, erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin mətbuat katibi Movses Arutunyan bildirib.
“Ermənistan Respublikasının Avropa İttifaqına qoşulma prosesinin başlanması haqda qanun layihəsi, böyük ehtimalla, 14 fevralda keçiriləcək 11-ci sessiyanın gündəliyinə daxil ediləcək”,- deyə Arutunyan bildirib.
Qeyd edilir ki, bundan əvvəl Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Ermənistanın Avropa İttifaqına üzvlüyü təşəbbüsü barədə danışmışdı. Onun sözlərinə görə, bu vətəndaş cəmiyyətinin təşəbbüsüdür və hələ ki, Ermənistan rəhbərliyinin müvafiq siyasi qərarından söhbət getmir.