Polis Akademiyasında andiçmə mərasimi olub

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında andiçmə mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, akademiyada yeni tədris ilinin başlanması ilə əlaqədar I kurs kursantlarının “Polis Andı”nı qəbul etmələri münasibətilə təntənəli mərasim təşkil olunub.