SAXTA ALIM, SAXTA RƏQƏMLƏR, SAXTA DÜŞÜNCƏ- Həbib Zərbəliyev!

İşlədiyi dövrlərdə elmə bir fayda verə bilməyən “qondarma alim” Həbib Zərbəliyevin işdən qovulması sayəsində “bekarçılığı” onu öz toruna çəkib sifarişlərini həyata keçirmək istəyənlərin işinə yarayıb. Həbib Zərbəliyev ötən yazılarımızda sadaladıqlarımızı cavablandırmaq, ölkə ictimaiyyətindən üzr istəmək əvəzinə xaricdən aldığı grantlar sayəsində özünün fb səhifəsində sərsəmləmələrini davam etdirməkdədir.

Əlbəttə, alim deyilən bir kəs bircə cümlə elmi sahədə olan yenilik və müasirlikdən yazmadığı halda ancaq dedi-qodu, nağılabənzər cımaqarası ilə gündəmə gəlməyi üstün tutur. “Ulduz” filminə baxıb “limonşünas” Gülümsərovun sərsəmliyinə gülməyimizi hələ də unutmamışıq. “İndoneziyaşünas” Həbib Zərbəliyevə bizə “limonşünas” Gülümsərovu tez-tez xatırlamasına görə bir yağlı balıq sousu düşür. Özü də Səlyan balığı Lənkəran tomatında.

Ötən yazılarımda arvadları və qızı haqqında yazdığımı fikirləşdim ki, Həbib bir açıqlaması ilə oxuculara izah edər. Və maraqlısı budur ki, Quran haqqında sərsəm fikirlərinə görə müsəlman dünyasından, İslam Peyğəmbəri(s)ndən üzr istəyər. Ancaq olmadı. Çünki casusluq etdiyi təşkilat və onun Azərbaycandakı himayədarları Həbibi bu etirafı etməyə qoymadı.

Həbib Zərbəliyev fb səhifəsində yenə də Azərbaycan Dillər Universitetinin kollektivinə və təhsil müəssisəsinin rektoru akademik Kamal Abdullaya qarşı içində olan kinlə bərabər, kənardan dəstək verənlərin sifarişi ilə yalan və təhqirlərini davam edir. Bu Allahsız indi də Allah adından danışmağa, əstəğfürullah, Allahlıq iddiasına düşüb. Guya Kamal müəllimlə Əzrayılın müqaviləsindən xəbər tutub. Yazdığına görə özünün icad etdiyi “Qulaq” informasiya agentliyi bu məlumatları ona “ötürür”. Ay bədbəxt, “Qulaq” informasiya agentliyi sənin özünü qulaq edib və dartır o yan bu yana. “Müqavilə”nin 2-ci bəndində yazır ki, “Həbib Zərbəliyev istisna olmaqla Universitetin bütün əməkdaşlarının taleyini Kamal Abdullayevə həvalə edir.” Ay şərəf tərəzisində heç bir gözə uyğun gəlməyən “ata”, heç olmasa bütün kollektivi yazanda özünlə bərabər orada çalışan Svetlana Dadayevadan (Dadayan düşünənlər də var-F.Ə.) olan qızın Lauranı da Əzrayılın siyahısından çıxaraydın. Necə olunb ki, səni qulaq edən “Qulaq” informasiya agentliyi bunu unudub?!

Bu yazdığı cəfəngiyyatlar azmış kimi növbəti paylaşımda qulaq edilmiş Həbib Zərbəliyev “DİPLOM BAZARI” cızmaqarasında “2023-2024-cü tədris ilinin sonu yaxınlaşır. Təxminən iki ay sonra Azərbaycan Dillər Universitetində dərsələrə(?) gələn də, gəlməyən də, imtahanlarda iştirak edən də, etməyən də bu universiteti bitirdiyinə görə diplom ala biləcəkdir.”, cümlələrini yazmaqla insanların fikrini çaşbaş salmağa, guya baş verənlərin indiki dövrə aid olduğunu göstərməyə çalışır. Boyunu yerə soxum, ay dilçi alim, bizə Azərbaycan dilindən dərs deməyə çalışan “tupoy”! Yazdıqlarına diqqətlə bax, axı özünü xalqa və oxuculara alim kimi göstərməyə çalışırsan. Yazdıqlarında özün də yaxşı bilirsən ki, aşağıda sadaladıqların “faktlar” 20-17-2018-ci illərə aiddir və həmin dövrdə bu işləri dostun, bu illərdə ADU-da səninkimilərlə istədiyini edən, adını çəkmək istəmədiyim şəxs həyata keçirib. Elə indi də Universitetin şərəfinə, işgüzar nüfuzuna ləkə yaxmağa çalışan bu şəxs çirkin əməllərini davam etdirməyə çalışır.

Son yazılarında tez-tez ADU-nun gənc, savadlı kadrlarından olan, Universitetdə kollektivin hörmətini qazanan Coşqun Dadaşovun da adını hallandırmaqla onun işgüzar nüfuzuna xələl gətirmək istəyi də məhz Həbib Zərbəliyevi ölkənin alimlərinə, elmi kadrlarına, təhsil ocaqlarına qərəzli, yanaşmanın məhsulu kimi hesab etmək olar. Bir daha həbibkimilərin paxıl xisləti, xain qəlbləri aşkar şəkildə özünü büruzə edir.

“Tələbələri və valideynləri ödənişli diplom almaqdan çəkinməməyə çağırıram. Narahatlıq üçün heç bir əsas yoxdur. Həm də ki, bizim Prezident Administrasiyasında Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva kimi himayədarımız vardır. Bizə heç kim “ilişə” bilməz.” ADU-nun rektoru adından bu cümlələri yazmaq ən aşağısı biqeyrətlikdir, unutdum axı, biqeyrətin işi elə budur! Təhsil müəssisəsini, onun rəhbərini nüfuzdan salmaq azmış kimi, hələ Prezident Administrasiyasında şöbə müdiri haqqında da bilərəkdən, qəsdən yalan məlumatlar yazılır. Həbib Zərbəliyev başını kol dibinə salan toyuqlar kimi arxasından xəbəri yoxdur. Unudur ki, hər belə paylaşımdan sonra ona verilən “qonorarı” almaq üçün üz tutduğu Beynəlxalq Bankın 28 May küçəsindəki filialındakı bankomatın “əməliyyat çekləri” nəzarətdədir.

İndi bizı oxuyanlar başa düşəcək ki, saxta alim, saxta diplom və saxta məlumatları yayan, əməli də özü kimi saxta olan Həbib Zərbəliyev kimdir?!

Füzuli Əfqanoğlu,

“HAKİMİYYƏT” qəzetinin Baş redaktoru, AJB üzvü