TƏCİLİ TİBBİ YARDIMIN HƏKİMİNƏ İNSANLARIN SEVGİSİ
Son zamanlar müstəqil ölkəmizin bütün sahədə inkişafı, iqtisadi yüksəlişi, beynəlxalq arenada siyasi manevrası daxili və xarici siyasətin tam yerində olduğunu sübut edən dəlillərdir. Bu uğurlar ölkənin ayrı-ayrı sahəsində olduğu kimi dünya standartlarına uyğunlaşan səhiyyəmizdə də özünü göstərir. Doğrudur, nöqsanların, narazılıqların olması da danılan deyil. Ancaq iş olan yerdə nöqsanların olması təəccüb doğura bilməz. Bu sahədə dünyanın inkişaf etmiş ölkələrin də belə çatızmaqlıqlar mövcuddur. Bu başqa bir mövzunun yazısıdır.
Əslində mənim diqqətimi çəkən və hamıda mənim kimi böyük məhəbbət doğuran bir hadisə haqqında yazmaq, oxucularımı məlumatlandırmağa özümü borclu saydım. Bu günlərdə Bakının “Qara Qarayev” metrostansiyasına yaxın bir ərazidə, “Zəmzəm” mərasim evində məclisdə iştirak edirdim. Məclisin gedişində haray həşir düşdü ki, tez təcili tibbi yardıma ehtiyacı olan bir xəstə var, zəng olunandan 10-15 dəqiqəyə təcili tibbi yardım özünü yetirdi və ürək problemi olan, doğrusu istinin təsirindən ölümlə üz-üzə qalan Bağırov Cəfər Əziz oğlunun həyati təhlükəsi gələn təcili tibbi yardım həkiminin fədakarlığı sayəsində aradan qaldırıldı. Hamının, xəstəni tanıyan və tanımayanların simasında sevinc hissi, həkimə olan minnətdarlıq ifadə olunurdu. Təbii ki, mən də bir iştirakçı, media nümayəndəsi kimi həmin həkimlə maraqlanmağı, ona minnətdarlıq etmək istədim. Öyrəndim ki, bu ilin sentyabrın 6-da “Zəmzəm” mərasim evinə gələn təcili tibbi yardım Bakının Nizami rayonu, 4 saylı təcili tibbi yardım stansiyasının tibb personalıdır. Hadisə yerinə gələn gənc xanım həkim isə kardioloq, adi dildə ürək həkimi kimi tanınan Aynurə Əliyevadır. Onunla görüşüb haqqında ətraflı məlumat almaq istəsəm də, növbədən sonra olduğundan görüşə bilmədim. Amma işlədiyi kollektivdə, onu tanıyanlar arasında eşitdiyim xoş sözlər məni məmnun etdi.
Buradan ölkəmizin səhiyyə sistemində çalışan tibb işçilərinə, TƏBİB-ə belə məsuliyyətli həkimlərinə redaksiyamız, kollektivimiz, oxücülarımız adından minnətdarlıq etməyi özümə borc saydım.
Əllərindən şəfa aldığımız həkimlərə Allah yardımçı olsun!
Füzuli Əfqanoğlu,
“HAKİMİYYƏT” qəzetinin Baş redaktoru, “Qızıl Qələm” mükafatının laureatı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü