Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları tarixən zəngin və özünəməxsus təbii irsə malikdir. Ermənistan Respublikası tərəfindən işğal altında saxlanıldığı müddət ərzində bu ərazilərdə bioloji müxtəlifliyə ciddi ziyan vurulmuş, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil edilmiş nadir bitki və heyvan növləri məhv edilmişdir. Bütün bunlar bütövlükdə regionda ekoloji […]
Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Gəncə Memorial Kompleksinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılsın. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. Gəncə Memorial Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsinin Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi […]
“Şahinlərin Görüşü-2026” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” təşkil olunub
Oktyabrın 20-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi və yüksəksəviyyəli qonaqların iştirakı ilə “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib. Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Dövlət himnləri səsləndirilib. “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edən müdafiə naziri […]
A.M.Bayramovun Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 19 oktyabr 2026-cı il
T.Y.Musayevin Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 19 oktyabr 2026-cı il
T.Y.Musayevin Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 19 oktyabr 2026-cı il