Oktyabrın 19-da Tbilisidə “Gürcüstan-Azərbaycan: Strateji tərəfdaşlıq və ortaq gələcək” mövzusunda dəyirmi masa keçirilib. Konstitusiya.az xəbər verir ki, tədbirdə Gürcüstan və Azərbaycan arasında strateji əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, o cümlədən enerji əməkdaşlığı, nəqliyyat və logistika, Orta Dəhliz, ticarət və iqtisadi əlaqələr, eləcə də Cənubi Qafqazda regional əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev […]
“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 747 (Cild I); 2024, № 1, maddə 101, № 3, maddə 310, № 4, maddə 449, № 5 (II kitab), […]
İƏT Azərbaycanla bağlı dörd qətnaməni yenidən qəbul edib
Oktyabrın 17-18-də İraqın paytaxtı Bağdad şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 52-ci sessiyası keçirilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanı sessiyada xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Sessiya zamanı İƏT üzv dövlətlərinin gündəliyində olan aktual məsələlər, regional və beynəlxalq çağırışlar, […]
Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyasının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Füzuli rayonunun inzibati ərazisində […]
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında hərbi əməkdaşlıq müzakirə olunub
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant İsa Səif bin Ablan əl-Məzruini qəbul edib. Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, ölkələrimiz arasında hərbi əməkdaşlığın mövcud vəziyyətini müsbət qiymətləndirən general-polkovnik Z.Həsənov bu əlaqələrin bundan sonra da genişləndirilməsinin vacibliyini vurğulayıb. “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimindən […]
Azərbaycan-Yaponiya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub
Oktyabrın 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdəki diplomatik fəaliyyəti başa çatan Yaponiyanın Azərbaycandakı səfiri Vatanabe Katsuyan ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan-Yaponiya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, səfirin fəaliyyəti dövründə ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfə məmnunluqla qeyd edilib. Ceyhun Bayramovun bu il […]