“Şahinlərin Görüşü-2026” təlimində mürəkkəb taktiki manevrlər yerinə yetirilib

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində iştirakçı ölkələrin hərbi qulluqçuları növbəti mərhələnin tapşırıqlarını uğurla icra ediblər.  Konstitusiya.az xəbər verir ki, hücum və müdafiə xarakterli hava əməliyyatları zamanı Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin pilotları şərti hədəflərin aşkarlanması, dəqiq nişana alınması və zərərsizləşdirilməsi üzrə tapşırıqları icra ediblər. Hərbi qulluqçular mürəkkəb taktiki manevrləri yerinə yetirərək döyüş imkanlarını nümayiş etdiriblər. […]

Dövlət əleyhinə açıq çağırışlar və dini nifrət məzmunlu materialların yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ölkənin konstitusiya quruluşunun, ictimai təhlükəsizliyin, vətəndaşların hüquq və azadlıqlarının qorunması, habelə dini radikalizm və ekstremizm təzahürlərinin qarşısının alınması istiqamətində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində tədbirlər davam etdirilir. Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin çərçivədə oktyabrın 16-da Azərbaycanın Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 281.2, 283.2.1 və 167-3.1-ci maddələri […]

Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub

Azərbaycan Ordusunda 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə silsilə tədbirlər keçirilib. Konstitusiya.az Müdafiə Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, əvvəlcə tədbirlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulması və inkişafında misilsiz […]

“Şahinlərin Görüşü – 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar

“Şahinlərin Görüşü – 2026” birgə taktiki-uçuş təliminin iştirakçıları Bakıda yerləşən Hərbi Qənimətlər Parkında olublar.  Konstitusiya.az xəbər verir ki, qonaqlara açıq hava muzeyi və parkdakı eksponatlar, o cümlədən tanklar, artilleriya qurğuları və döyüş zamanı qənimət götürülmüş digər ağır silahlar haqqında ətraflı məlumat verilib. Ziyarətçilər Hərbi Qənimətlər Parkını gəzərək şanlı Zəfər tariximizi və Azərbaycan əsgərinin rəşadətini bir […]

Milli Məclisin sədri Qırğız Respublikasına səfər edib

Bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Qırğız Respublikasına səfər edib. Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Sahibə Qafarova bir sıra görüşlər keçirəcək, TÜRKPA-nın 15-ci plenar iclasında iştirak edəcək.

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

Dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik olan 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü xalqımızın azadlıq iradəsinin, milli birliyinin və müstəqil dövlət qurmaq əzminin təcəssümüdür. Dövlət müstəqilliyimizin bərpasından ötən 35 il Azərbaycanın mürəkkəb tarixi sınaqlardan keçərək müstəqilliyini qoruduğu, dövlətçiliyini möhkəmləndirdiyi və beynəlxalq nüfuzunu davamlı şəkildə artırdığı şərəfli inkişaf yolu kimi yadda qalıb. Konstitusiya.az  xəbər verir ki, bu […]